Kreml Putinin təsviri olan məhsullarla bağlı hərəkətə keçəcək?
Rusiya Prezidenti Vladimir Putinin təsviri olan müxtəlif məhsulların, o cümlədən fincanların, futbolkaların və hətta maskaların satışı ölkə rəhbərinin populyarlığından xəbər verir və bu səbəbdən Kreml belə məhsulların istehsalçıları ilə məhkəmə çəkişməsinə getməyi planlaşdırmır.
Bunu “TASS”a müsahibəsində Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O qeyd edib ki, mümkün məhkəmə iddiaları ilə bağlı suala cavab olaraq, hazırda belə bir plan yoxdur.
Peskov vurğulayıb ki, Kreml yalnız şəxsi təhqir əlamətləri olub-olmadığını diqqətlə izləyir və əgər belə hallar aşkarlanarsa, bu artıq qanunvericilik çərçivəsində qəti tədbirlər görülməsini tələb edən ayrıca bir vəziyyətdir.
Onun sözlərinə görə, ümumilikdə bu cür məhsulların satılması Prezidentin populyarlığını göstərir və bu da müasir dünyada insanların hisslərini ifadə etməsinin bir formasıdır.
#Vladimir Putin teqi istifadə olunub
- Rusiya və İran prezidentlərinin telefon danışığında diqqətçəkən detal - ANA XƏBƏR
- Putin Xameneinin ölümü ilə bağlı Pezeşkiana başsağlığı verdi - Baku TV
- Ukrayna bu ölkələrdən nüvə silahı alacaq? - Zelenskidən açıq mesaj - Baku TV
- Zelenski ilə Tramp arasında növbəti telefon danışığı olub
- “The New York Times”: Sülh olmayacaq, Putin daha iki il müharibə planlaşdırır
