Kreslosunu canı kimi sevən Paşinyan öldürüləcək? Korotçenko açıqladı
“Nikol Paşinyan siyasi canlılıq möcüzələrini nümayiş etdirməkdə davam edir. "Miatsum" layihəsinin iflası və Qarabağdakı xunta rejiminin tamamilə ləğvi ilə bağlı İrəvanda etirazlara baxmayaraq, Nikol Paşinyan öz kreslosunda qalıb. Bu, 2020-ci ildə İkinci Qarabağ müharibəsində Ermənistanın məğlubiyyətindən sonra da belə oldu”.
Bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko deyib. Onun sözlərinə görə, risklər arasında Ermənistanın Baş nazirinin sui-qəsd nəticəsində fiziki olaraq məhv edilməsi ehtimalı da var:
"Ermənistandakı müəyyən revanşist qüvvələr belə bir cəhd edə bilərlər. Burada 1999-cu ilin oktyabrında Ermənistan parlamentində baş vermiş qırğını yada salmaq olar. Amma biz görürük ki, Ermənistanda belə planlar quran bir neçə nəfər artıq həbs olunub".
#İqor Korotçenko teqi istifadə olunub
- Qərbdə hörmət edilən liderdir... | Korotçenko İlham Əliyevin Albaniyaya səfərindən danışdı
- Korotçenko Pezeşkianın Azərbaycana dünənki səfərini şərh etdi | İkitərəfli əməkdaşlıq üçün...
- AB və Rusiya arasında hərbi toqquşma yaxınlaşır? - Makrona sərt reaksiya
- Korotçenko Tramp və Putin arasındakı telefon danışığını şərh etdi | Bir saat yarım davam edən zəng
- Cənubi Qafqazla bağlı ağlasığmaz qərar | Korotçenkodan regionu silkələyəcək açıqlama
