Pleyeri seçin:

Korotçenko Pezeşkianın Azərbaycana dünənki səfərini şərh etdi | İkitərəfli əməkdaşlıq üçün...

29 aprel 2025 821 baxış

İran Prezidentinin Azərbaycana hazırkı rəsmi səfəri praqmatik xarakter daşıyır və ikitərəfli münasibətlərdə hələ də mövcud olan problemli məsələlərin ən yüksək səviyyədə həlli yollarının axtarılmasına töhfə verir.

Bunu “Moskva-Bakı”ya müsahibəsində rusiyalı politoloq İqor Korotçenko Məsud Pezeşkianın Bakıya səfərini şərh edərkən deyib.

“Azərbaycan və İran üçün bu, qalan kəskin tərəfləri daha da hamarlamaq və daha böyük konstruktivliyə, qarşılıqlı faydaya doğru irəliləmək, ikitərəfli əməkdaşlığın səmərəli inkişafını təmin etmək üçün bir fürsətdir.

İran hakimiyyəti bir gün əvvəl də 2023-cü ildə Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən terrorçu ilə bağlı yekun qərarı hazırladığını açıqlamışdı. Təbii ki, bu məsələ Azərbaycan üçün prinsipial əhəmiyyət kəsb edir”, – o bildirib.

İ.Korotçenko qeyd edib ki, M.Pezeşkian Tehran və Bakı arasında ikitərəfli münasibətlərə digər ölkələrin müdaxilə etməməsinin vacibliyini vurğulayıb:

“İran Prezidentinin Bakıya səfəri Azərbaycanın beynəlxalq münasibətlər sistemində çəkisinin artması fonunda baş verir. Deyə bilərik ki, bugünkü Azərbaycan beynəlxalq gündəmin ən mühüm tendensiyalarını, hadisələrini, bu gününü və gələcəyini formalaşdıran müasir dünyanın dövlətlərindən biri olan birinci dərəcəli dünya ölkəsidir. Nə Bakı, nə də Tehran münasibətlərdə gərginliyin və həll olunmamış məsələlərin olmasını istəyir.

Azərbaycan üçün isə M.Pezeşkianın səfəri hazırda regionda və dünyada formalaşmaqda olan koordinat sistemindəki mövqeyini gücləndirmək baxımından son dərəcə vacibdir. Regional və beynəlxalq mövqeləri getdikcə artan Azərbaycanın maraqlarını bir çox qüvvələr, bir çox dövlətlər nəzərə almalıdır”.

Banner
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV

Siyasət
01 noyabr 2026 821 baxış
Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Siyasət
01 noyabr 2026 821 baxış
Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Siyasət
31 oktyabr 2026 821 baxış
Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Siyasət
31 oktyabr 2026 821 baxış
İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

Siyasət
30 oktyabr 2026 821 baxış
Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
30 oktyabr 2026 821 baxış
Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Siyasət
30 oktyabr 2026 821 baxış
Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Siyasət
30 oktyabr 2026 821 baxış
"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

Siyasət
30 oktyabr 2026 821 baxış
Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV

Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV

Siyasət
30 oktyabr 2026 821 baxış
Seçilmişlər
icon