Latviya Rusiya ilə bütün sərhədləri bağlayır?
Yeniliklərdən dərhal xəbərdar olun
Finlandiya Rusiya Federasiyasına nota göndərib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Sənəddə rəsmi Helsinkinin noyabrın 30-dan etibarən Finlandiyanın Rusiya ilə sərhədində yerləşən “Raya-Yooseppi” nəzarət-buraxılış məntəqəsini bağlamaq planları barədə məlumat verilib”, – deyə Mariya Zaxarova qeyd edib.
“Bu arada, Latviya Finlandiyadan nümunə götürməyəcək və Rusiya ilə bütün sərhəd məntəqələrini bağlamayacaq”.
Bunu Latviyanın daxili işlər naziri Riçard Kozlovskis deyib. Onun sözlərinə görə, ölkəsinin hazırda Rusiya və Belarusla sərhədi tamamilə bağlamaq planı yoxdur. Son vaxtlar Latviyaya qanunsuz daxil olmaq cəhdlərinin sayı azalıb.
Nazir əlavə edib ki, vəziyyət kökündən dəyişərsə, Riqa şərq sərhədinin mümkün bağlanmasını istisna etmir.
#Rusiya teqi istifadə olunub
- Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək
- Putin danışıqların Əbu-Dabidə keçiriləcəyini təsdiqləyib
- Müctəba Xamenei Putinə hərbi müraciət edib? - Moskva Tehrana nə deyəcək? - Baku TV CANLI
- Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV
- Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI
