Lavrovdan ABŞ-yə sərt ittiham | Vaşinqtonun Yaxın Şərqdəki siyasəti…
“ABŞ-nin Yaxın Şərqdəki siyasəti regionu böyük bir müharibənin astanasına gətirib çıxarıb”.
Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
O bildirib ki, Vaşinqton Yaxın Şərqdəki münaqişənin həlli istiqamətində istənilən cəhdləri əngəlləyir.
“Bayden administrasiyası fələstin xalqının faciəsinin sona çatması üçün heç bir iş görmür. Rusiya terrorizmi bütün təzahürlərində pisləyir, lakin eyni zamanda Qəzza və İordan çayının qərb sahili sakinlərinin kollektiv cəzalandırılmasını qəti şəkildə qəbul etmir. Qərb bu barədə susmağa çalışır, lakin İsrailin əməliyyatının bir ilində Kiyevdəki çevrilişdən sonra 10 il ərzində hər iki tərəfdən mülki itkilərin sayından iki dəfə çox dinc fələstinli həlak olub. Bu rəqəmlər barədə düşünün”, – S.Lavrov əlavə edib.