Dünya
Pleyeri seçin:
Lavrovdan Qərbə sərt mesaj | Ermənistan uydurma bəhanələrlə...
“Avropa İttifaqının Ermənistandakı missiyası NATO missiyasına çevrilir”.
Bunu “İzvestiya” qəzetinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
“İndi Norveç, Kanada və ABŞ-dən hərbi qulluqçular hələ də ora göndərilir və Avropa İttifaqının missiyasını Şimali Atlantika Alyansının missiyasına çevirirlər”, – o qeyd edib.
İki ölkə arasındakı mövcud vəziyyətə diqqəti yönəldən nazir Ermənistan rəhbərliyinin Rusiya ilə münasibətləri bilərəkdən pozan mövqeyinə görə nikbinlik yaşamadıqlarını deyib.
“Ermənistan rəhbərliyi, açığını desək, uydurma bəhanələrlə son üç-üç il yarımın tarixini təhrif edərək bilərəkdən Rusiya ilə münasibətlərin pozulmasına gətirib çıxarır”, – deyə o qeyd edib.
Kopyalandı
Seçilmişlər