Dünya
Pleyeri seçin:

Ukrayna vilayətlərinə kütləvi hava hücumu | Rəsmilər Baku TV-yə danışdı

26 aprel 2024

Aprelin 24-ü və 25-də Ukraynanın Kiyev də daxil olmaqla əksər vilayətlərində hava həyəcanı siqnalları gün boyu davam edib. Bir həftəlik fasilədən sonra paytaxt Kiyev, Çerkassı, Sumı, Odessa, Nikolayev, Dnepropetrovsk, Xarkov, Xerson, Zaporojye vilayətləri davamlı hava hücumu təhlükəsi ilə üz-üzə qalıb.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətindən verilən məlumata görə, Nikolayevdə partlayışlar zamanı 2 nəfər həlak olub, 3 nəfər yaralanıb. Xarkov vilayətində isə aprelin 24-ü və 25-də ard-arda hücumlar nəticəsində 5 nəfər həlak olub, 9 nəfər yaralanıb.

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının rəsmisi İlya Elaş bildirib ki, düşmənin əsas hədəfləri enerji infrastrukturu olsa da, yaşayış evləri də zərər görür:

“Düşmən kritik və enerji infrastrukturlarına zərbələr endirməkdə davam edir. Bundan əlavə, səhər saat 6-da Çerkassı vilayətinə “İskəndər” raketlərindən zərbələr endirildi. Kritik infrastrukturlarımız zədələnib, insanların mənzillərinə və mülki şəxslərə də ziyan dəyib. Düşmən bu gün də taktiki aviasiyadan istifadə edir”.

Son vaxtlar daha çox hədəfdə olan vilayətlərdən biri də Ukraynanın böyük liman vilayəti Odessadır.

Odessa Fövqəladə Hallar Xidmətinin rəsmisi Marina Martinenkonun sözlərinə görə, bir neçə gün ərzində hücumlar nəticəsində mülki infrastruktura ziyan dəyib, yaşayış binaları zədələnib, yanğın baş verib.

“Xilasedicilər onları tez bir zamanda söndürüb. 34 nəfəri xilas etmişik. Onlardan 3-ü uşaqdır. Təəssüf ki, 4-ü uşaq olmaqla 9 nəfər yaralanıb. Hadisə yerində xidmətimizin psixoloqları çalışırlar. Zərərçəkənlərə, eləcə də yerli sakinlərə psixoloji yardım göstərirlər. Onların çoxu artıq evsizdirlər”, – deyə o bildirib.

Ukrayna bu tarixlərdə Rusiyadan qisas alacaq | Korotçenko hər şeyi danışdı

Ukrayna bu tarixlərdə Rusiyadan qisas alacaq | Korotçenko hər şeyi danışdı

Dünya
06 may 2024
Zelenski Putinə söz atdı | Prezidentdən qeyri-adi təbrik

Zelenski Putinə söz atdı | Prezidentdən qeyri-adi təbrik

Dünya
06 may 2024
ABŞ-də vəziyyət getdikcə gərginləşir | Çadır düşərgələri dağıdıldı

ABŞ-də vəziyyət getdikcə gərginləşir | Çadır düşərgələri dağıdıldı

Dünya
06 may 2024
Netanyahu dünya liderlərinə səsləndi | Bu ərazinin sakinləri təcili...

Netanyahu dünya liderlərinə səsləndi | Bu ərazinin sakinləri təcili...

Dünya
06 may 2024
ABŞ və Ukrayna Gürcüstanı müharibəyə sürükləyir? - Obrayandan cavab

ABŞ və Ukrayna Gürcüstanı müharibəyə sürükləyir? - Obrayandan cavab

Dünya
06 may 2024
Hıdırellez festivalında xoş anlar yaşandı | Bodrum

Hıdırellez festivalında xoş anlar yaşandı | Bodrum

Dünya
06 may 2024
Qazaxla sərhəd kənddə mina partladı | Ermənistan XİN-dən təfərrüatlar

Qazaxla sərhəd kənddə mina partladı | Ermənistan XİN-dən təfərrüatlar

Dünya
06 may 2024
Rusiya Ordusu bunu səhv edir | Müharibənin gedişatı barədə qalmaqallı açıqlama

Rusiya Ordusu bunu səhv edir | Müharibənin gedişatı barədə qalmaqallı açıqlama

Dünya
06 may 2024
İran Prezidenti sirləri açdı | Bu, tarixdə vacib mərhələdir

İran Prezidenti sirləri açdı | Bu, tarixdə vacib mərhələdir

Dünya
06 may 2024
Putin bunu bağışlamayacaq | Fransa Ukraynaya niyə qoşun göndərdi?

Putin bunu bağışlamayacaq | Fransa Ukraynaya niyə qoşun göndərdi?

Dünya
06 may 2024
Seçilmişlər
icon