Dünya
Pleyeri seçin:

Avropa danışıqlar üçün heç bir zəmin yaratmır | Lavrov

06 may 2024

“Ukrayna üçün cəbhədə vəziyyətin pisləşdiyini Qərb anlayır”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bosniya televiziyasına müsahibəsində deyib.

“İndi Qərbin ağzından Ukrayna üçün işlərin getdikcə çətinləşdiyi barədə etiraflar eşidirik. Amma ölkələrdən Ukraynaya silahlar getməkdə davam edir”, – deyə S.Lavrov bildirib.

O qeyd edib ki, Pentaqon rəhbəri Lloyd Austin bir neçə gün əvvəl heç vaxt məğlub olmayacaqlarını demişdi.

“Yəni onlar artıq Rusiyanı məğlub etməkdən danışmırlar, onların əziyyət çəkməsinin qarşısını almaqdan danışırlar”, – deyə Rusiyanın xarici işlər naziri əlavə edib.

S.Lavrov eyni zamanda Avropanın Rusiya ilə danışıqlar üçün zəmin yaratmamasından gileylənib.

O bildirib ki, Rusiya ilə Qərbi Avropa ölkələri arasında dialoq o zaman baş verə bilər ki, onlar onu maraqlar balansını qoruyaraq aparmağa hazır olsunlar, lakin hələlik bunun üçün heç bir zəmin yoxdur.

Nazirin fikrincə, dialoq o zaman uğurlu ola bilər ki, Qərbi Avropa ölkələri hamını və hər şeyi özünə tabe etmək, digər regionların, istər Cənubi Qafqaz, istərsə də Mərkəzi Asiyanın işlərinə qarışmaq kimi müstəmləkəçilik siyasətinin tam mənasızlığını dərk etsin.

“Onlar öz əməkdaşlığını güc balansı üzərində deyil, qanuni maraqlar balansı üzərində qurmağa hazır olduqda, perspektivli söhbət baş tuta bilər”, – deyə S.Lavrov vurğulayıb.

Ukrayna bu şəhərin yarısını itirdi | Ağır döyüşlərdə son vəziyyət

Ukrayna bu şəhərin yarısını itirdi | Ağır döyüşlərdə son vəziyyət

Dünya
18 may 2024
Kobaxidze son nöqtəni qoyur | Gürcüstanda nə baş verəcək?

Kobaxidze son nöqtəni qoyur | Gürcüstanda nə baş verəcək?

Dünya
18 may 2024
Daxili qoşunlar hərəkətə keçdi | Bişkekdə kütləvi dava aranı qatdı

Daxili qoşunlar hərəkətə keçdi | Bişkekdə kütləvi dava aranı qatdı

Dünya
18 may 2024
Medvedev sirləri açdı | NATO-nun Ukrayna planı budur!

Medvedev sirləri açdı | NATO-nun Ukrayna planı budur!

Dünya
18 may 2024
Yataq otağımda həmişə... | Putindən tələbələrə səmimi etiraf

Yataq otağımda həmişə... | Putindən tələbələrə səmimi etiraf

Dünya
18 may 2024
Slovakiya Baş nazirinə xəsarət yetirən şəxs məhkəməyə çıxarılacaq

Slovakiya Baş nazirinə xəsarət yetirən şəxs məhkəməyə çıxarılacaq

Dünya
18 may 2024
Rusiyada dəhşətli partlayış | Yaralananlar var

Rusiyada dəhşətli partlayış | Yaralananlar var

Dünya
18 may 2024
NATO Ukraynaya qoşun göndərir? | Regionda gərginlik artır

NATO Ukraynaya qoşun göndərir? | Regionda gərginlik artır

Dünya
17 may 2024
Putindən Ukraynaya sərt mesaj | Sənədlərə imza atmayacağıq

Putindən Ukraynaya sərt mesaj | Sənədlərə imza atmayacağıq

Dünya
17 may 2024
Rusiya XİN sözçüsündən Qərbə sərt sözlər

Rusiya XİN sözçüsündən Qərbə sərt sözlər

Dünya
17 may 2024
Seçilmişlər
icon