Pleyeri seçin:
Slovakiya Baş nazirinə xəsarət yetirən şəxs məhkəməyə çıxarılacaq
Slovakiyanın sui-qəsdə məruz qalan Baş naziri Robert Fitsonun səhhəti əməliyyatdan sonra yaxşılaşıb.
Bu barədə Slovakiyanın müdafiə naziri Robert Kalinyak məlumat verib.
“Yaxşı əhvali-ruhiyyədəyəm, çünki Baş nazir Fitsonun vəziyyətində irəliləyiş görürəm. Vəziyyət hələ də çox ciddidir, lakin irəliləyişlər məni ruhlandırır”, – deyə müdafiə naziri bildirib.
Bu arada, Slovakiyanın Baş nazirinə sui-qəsddə şübhəli bilinən şəxs məhkəmə qarşısına çıxarılacaq. Məlumata görə, məhkəmə mayın 18-nə təyin edilib. Prokurorluq adam öldürməyə cəhddə təqsirləndirilən şübhəlinin həbs olunmasını istəyib. Onu ömürlük həbs cəzası gözləyir.
Kopyalandı
#Robert Fitso teqi istifadə olunub
- İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub - Baku TV
- İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşündən görüntülər - Baku TV
- Avropa Komissiyası Slovakiyaya qarşı araşdırmaya başladı
- Fitso dondurulmuş Rusiya aktivlərindən Ukraynaya 140 milyard avro ayrılmasına qarşı çıxıb
- Putin və Fitso arasında önəmli müzakirə
