Pleyeri seçin:

Putindən Ukraynaya sərt mesaj | Sənədlərə imza atmayacağıq

17 may 2024 278 baxış

Rusiya Prezidenti Vladimir Putin Çin Xalq Respublikasında rəsmi səfərdədir.

Mayın 17-də Pekində jurnalistlərin suallarını cavablandıran Rusiyanın dövlət başçısı Ukraynada hərbi əməliyyatlarla bağlı bir sıra açıqlamalar verib.

O bildirib ki, aqressiya nümayiş etdirən, danışıqlardan yayınan, problemin həllini Qərbdə axtaran tərəf Kiyevdir.

V.Putinin Volodimir Zelenskinin legitimliyi ilə bağlı suala cavabı isə belə olub:

“Biz hər şeyi analiz edirik. Ukraynadakı münaqişənin kəskin fazasına qədər Prezident Volodimir Zelenski ilə daim əlaqə saxlamışıq. Legitimlik məsələsinə gəlincə isə bildirmək istəyirəm ki, bu suala Ukraynanın hüquqi və siyasi sistemi, o cümlədən Konstitusiya Məhkəməsi cavab verməlidir. Bizim üçün V.Zelenskinin legitimliyi məsələsi olduqca vacibdir. Taleyüklü sənədlər qanuni orqanlar tərəfindən imzalanmalıdır.

Amma buna baxmayaraq, Rusiya Federasiyası Ukrayna üzrə sülh danışıqlarında iştirak etməyə hazırdır. Qarşı tərəfdən fərqli olaraq biz danışıqlardan heç bir zaman boyun qaçırmamışıq. Onlar sona qədər savaşacağıq deyirlər. Sona qədər dedikdə yəqin ki, sonuncu sağ qalan ukraynalını nəzərdə tutublar. İsveçrədə görüş planlaşdırırlar, fərqli ölkələrin iştirakı ilə. Amma bizi dəvət etməyiblər.

Biz olmadan hansı problemi həll edə bilərlər görəsən? Onlar istəyirlər ki, özləri otursun, özləri danışıqlar aparıb, özləri də qərar qəbul etsinlər. Sonra da rəsmi Moskvaya sənədləri uzadıb, “Putin bunu imzala” desinlər. Belə bir şey olmayacaq. Mümkünsüzdür”.

Çıxışının sonunda Vladimir Putin həmçinin bildirib ki, Rusiya hazırda Xarkovu ələ keçirməyi planlaşdırmır.

“Ölkəmizin Silahlı Qüvvələri tərəfindən Xarkovda həyata keçirilən hərbi əməliyyatlar ərazilərimizin atəşə tutulmasına cavab olaraq sanitar zonalar yaratmaq üçün icra edilib”, – deyə Rusiya Prezidenti bildirib.

Siyarto: Aİ liderləri Avropanı Rusiya ilə müharibəyə sürükləmək istəyirlər

Siyarto: Aİ liderləri Avropanı Rusiya ilə müharibəyə sürükləmək istəyirlər

Dünya
15 dekabr 2025 278 baxış
ABŞ-Ukrayna danışıqlarında gözlənilməz iştirakçı: Nə baş verir? - Baku TV CANLI

ABŞ-Ukrayna danışıqlarında gözlənilməz iştirakçı: Nə baş verir? - Baku TV CANLI

Dünya
15 dekabr 2025 278 baxış
26 yaşlı könüllü ucqar kəndlərdə fermerlərə yardım edir

26 yaşlı könüllü ucqar kəndlərdə fermerlərə yardım edir

Dünya
15 dekabr 2025 278 baxış
Ukrayna Krasnodarda neft emalı zavoduna zərbə endirib

Ukrayna Krasnodarda neft emalı zavoduna zərbə endirib

Dünya
15 dekabr 2025 278 baxış
Qəzzanın bərpası üzrə 70 milyardlıq plan | Humanitar yardım kimlər üçün gəlir mənbəyinə çevrilir?

Qəzzanın bərpası üzrə 70 milyardlıq plan | Humanitar yardım kimlər üçün gəlir mənbəyinə çevrilir?

Dünya
15 dekabr 2025 278 baxış
Liviya Milli Muzeyi yenidən açılıb

Liviya Milli Muzeyi yenidən açılıb

Dünya
15 dekabr 2025 278 baxış
Skripkanın 2 milyon avroya satılacağı gözlənilir

Skripkanın 2 milyon avroya satılacağı gözlənilir

Dünya
15 dekabr 2025 278 baxış
Polşa Prezidenti Latviyada çirkli avtomobillə qarşılandı

Polşa Prezidenti Latviyada çirkli avtomobillə qarşılandı

Dünya
15 dekabr 2025 278 baxış
Yaponiya siyasi gərginliyə görə pandasız qala bilər

Yaponiya siyasi gərginliyə görə pandasız qala bilər

Dünya
15 dekabr 2025 278 baxış
Kamala Harris 2028-ci il prezident seçkilərində yenidən namizəd olmağı planlaşdırır

Kamala Harris 2028-ci il prezident seçkilərində yenidən namizəd olmağı planlaşdırır

Dünya
15 dekabr 2025 278 baxış
Seçilmişlər
icon