Pleyeri seçin:

Lukaşenko Rusiyanın Ukrayna ilə müharibəyə girmək tələbini rədd etdi

25 iyun 2026 296 baxış

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsini Ukraynaya qarşı müharibəyə cəlb etməyə çalışan Rusiyaya müqavimət göstərir.

Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

“Belarusun Ukraynaya qarşı müharibəyə girməsini istəyən Kreml bu məqsədlə Aleksandr Lukaşenkoya təzyiqi artırıb. Belarus lideri isə Rusiyaya qarşı hörmətini qorumaq şərtilə Kremlin tələblərinə müqavimət göstərməyə davam edir”, – məqalədə bildirilib.

ISW analitikləri qeyd ediblər ki, Moskva Minski Rusiya Ordusunun Belarus ərazisindən Ukraynaya qarşı dronlar atmasına və cəbhə xəttini qərbə doğru genişləndirməsinə icazə verməyə inandırmağa çalışır. Rusiyanın planına görə, bu, Ukraynanı qoşunlarını cəbhə xəttindən Belarusla sərhədə çəkməyə məcbur edəcək.

Rusiyanın keçmiş kəşfiyyat zabiti ABŞ institutuna deyib ki, Kreml Minski bu tələbləri yerinə yetirməkdən imtina edəcəyi təqdirdə maliyyə dəstəyini kəsəcəyi ilə hədələyir. Həmçinin vurğulayıb ki, Rusiya məqsədinə nail olmaq üçün Ukraynanı Belarus üçün “təhdid” kimi təqdim etməyə davam edir.

Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, Rusiya həmişə Belarusu dəstəkləyəcək, ona qarşı “Ukraynadan gələn təhdidlər”i dəf edəcək.

ISW-nin fikrincə, Lukaşenko Rusiyanın Belarusa dəstəyini qorumaqla vəziyyətdən çıxmaq üçün yol axtarır:

“Aleksandr Lukaşenko 2022-ci ildən bəri Moskvanın Ukraynadakı əməliyyatlarına dəstək üçün Belarus Silahlı Qüvvələrini və ya belarusluları Rusiya Ordusuna tam şəkildə cəlb etmək tələblərinin qarşısını almağa və rədd etməyə davam edir. Həmçinin Lukaşenko və digər yüksəkvəzifəli rəsmilər Ukraynanı Belarus üçün təhdid kimi təqdim edən Kremlin mövqeyini təkrarlamaqdan çəkinir, Kiyevə qarşı nisbətən neytral ritorikanı qoruyub saxlayırlar”.

Banner
Dünyanın gözü növbəti 48 saatda: Genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər? - AKTUAL GÜNDƏM

Dünyanın gözü növbəti 48 saatda: Genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər? - AKTUAL GÜNDƏM

Dünya
07 noyabr 2026 296 baxış
Tehran hərbi sənaye sahəsindəki nəticələri beynəlxalq bazara çıxarmağa çalışır - Baku TV CANLI

Tehran hərbi sənaye sahəsindəki nəticələri beynəlxalq bazara çıxarmağa çalışır - Baku TV CANLI

Dünya
07 noyabr 2026 296 baxış
Abbas Əraqçi 48 saat ərzində 12 ölkədən olan həmkarı ilə telefon danışığı aparıb

Abbas Əraqçi 48 saat ərzində 12 ölkədən olan həmkarı ilə telefon danışığı aparıb

Dünya
07 noyabr 2026 296 baxış
ABŞ-dən Kanadaya qarşı iqtisadi zərbə | İrana görə bu şirkətlər sanksiya altında - Baku TV CANLI

ABŞ-dən Kanadaya qarşı iqtisadi zərbə | İrana görə bu şirkətlər sanksiya altında - Baku TV CANLI

Dünya
07 noyabr 2026 296 baxış
ABŞ Prezidenti fond bazarındakı kəskin ucuzlaşmanı aralıq seçkilərlə əlaqələndirib

ABŞ Prezidenti fond bazarındakı kəskin ucuzlaşmanı aralıq seçkilərlə əlaqələndirib

Dünya
07 noyabr 2026 296 baxış
İranın xarici işlər naziri 48 saatda 12 həmkarı ilə müzakirələr aparıb

İranın xarici işlər naziri 48 saatda 12 həmkarı ilə müzakirələr aparıb

Dünya
07 noyabr 2026 296 baxış
Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Dünya
07 noyabr 2026 296 baxış
Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Dünya
07 noyabr 2026 296 baxış
Vaşinqton və Tehran arasında buzlar əriyir?

Vaşinqton və Tehran arasında buzlar əriyir?

Dünya
07 noyabr 2026 296 baxış
Hərbi məsləhətçilər və təlimatçılar krallıq ərazisinə yola düşüblər

Hərbi məsləhətçilər və təlimatçılar krallıq ərazisinə yola düşüblər

Dünya
07 noyabr 2026 296 baxış
Seçilmişlər
icon