Pleyeri seçin:

Lukaşenko Trampla anlaşa bilsə... | Belarus müxalifəti niyə narahatdır?

18 fevral 2025 451 baxış

Münhen Təhlükəsizlik Konfransında Svetlana Tixanovskaya bir sıra beynəlxalq rəsmilər və ABŞ nümayəndələri ilə görüşlər keçirib, ancaq Belarus müxalifətinin narahatlığı artmaqdadır.

Buna səbəb rəsmi Vaşinqtonun artıq Minsklə danışıqlar aparması barədə “The New York Times”da çıxan məqalədir. Belaruslu müxalifətçilər bunu şiddətlə müzakirə edirlər və Aleksandr Lukaşenkonun Donald Trampla anlaşacağı təqdirdə Belarusda vəziyyətin ürəkaçan olmayacağını düşünürlər.

Nəşrin müəllifi bildirir ki, Belarus banklarına qarşı sanksiyaların yumşaldılması və kalium gübrələrinin ixracı müqabilində müxalifətçilərin dəmir barmaqlıqlar arxasında kütləvi şəkildə azad edilməsinə hazırlıq gedir.

14-16 fevralda keçirilən Münhen Təhlükəsizlik Konfransında Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya panel müzakirəsində iştirak edib və tədbir çərçivəsində görüşlər keçirib.

Onun görüşlərində əsas mövzu Belarusdakı penitensiar müəssisələrdə olan müxalifətçilərin azadlığa buraxılması uğrunda mübarizə məsələsi olub.

S.Tixanovskaya bu mövzunu BMT-nin insan haqları üzrə ali komissarı Volker Türklə də müzakirə edib.

S.Tixanovskayanın baş müşaviri Franak Vyaçorka müxalifətin onlayn resurslarından birinə deyib:

“S.Tixanovskaya Belarus hüquq müdafiəçilərinin son repressiya dalğası, həbsxanalardakı vəziyyət və ağır durumda olan siyasi məhbuslar barədə sənədlər təqdim edib. O, vəziyyətin fəlakətli olduğunu və təcili müdaxilə tələb etdiyini vurğulayıb”.

F.Vyaçorkanın sözlərinə görə, S.Tixanovskaya həmsöhbətini siyasi məhbusların azadlığa buraxılmasını təşviq etməyə, ünsiyyətsiz təcrid praktikasına son qoymağa və məhbuslara çıxışı təmin etməyə çağırıb.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 451 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 451 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 451 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 451 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 451 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 451 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 451 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 451 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 451 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 451 baxış
Seçilmişlər
icon