Luvr muzeyində hamını mat qoyan oğurluq necə başa verib?
Yeniliklərdən dərhal xəbərdar olun
Parisdəki məşhur Luvr muzeyində oğurluq hadisəsi baş verib.
Beş nəfər naməlum şəxs muzeyə daxil olaraq Napoleona və imperatriçaya aid zinət əşyalarını ‒ boyunbağı, bər-bəzək broşu və diademanı oğurlayıblar.
Ümumilikdə oğrular Apollon Qalereyasında yerləşən otağa çataraq doqquz eksponatı ələ keçiriblər.
Fransa daxili işlər naziri Brüno Retayo Luvr muzeyində baş vermiş oğurluq hadisəsinin təfərrüatlarını açıqlayıb.
O bildirib ki, cinayətkarlar muzeyə daxil olmaq üçün avtomatik tikinti pilləkənindən istifadə ediblər.
Məlum olub ki, oğrular Sene çayı sahilindən, hazırda təmir işləri aparılan ərazidən muzeyə daxil olublar. Onlar Apollon Qalereyasındakı zala birbaşa giriş əldə etmək üçün yük liftindən istifadə ediblər.
Luvr muzeyindəki oğurluğun görüntüləri də yayılıb. Videoda özünü muzey işçisi kimi təqdim edən naməlum şəxsin diqqəti cəlb etmədən sakitcə eksponatların olduğu yerə daxil olması əks olunub.
Hadisə muzeyin Apollon Qalereyasında çoxsaylı ziyarətçilərin gözü qarşısında baş verib.
O da məlum olub ki, oğurluq cəmi 7 dəqiqə ərzində həyata keçirilib, xəbərdarlıq siqnalları işə düşməyib.
#Fransa teqi istifadə olunub
- 2025-ci ildə 927 nəfər həyatını itirib ki, onların da 83 %-i kişidir
- "Sarı jiletlilər"in yürüşü qadağan edildi
- Fransada şənbə gününə özəl olaraq təhlükəsizlik gücləndirilir
- Fransada etiraz aksiyalarının vurduğu iqtisadi zərər milyardlarla avroya çatıb
- Emmanuel Makronun nüvə çəkindirmə planına 10 Avropa ölkəsi maraq göstərib
