Dünya
Pleyeri seçin:

Macarıstanda Ukrayna ilə bağlı vacib iclas

15 dekabr 2023

Avropa İttifaqının sammitində növbəti dörd il ərzində Ukraynaya 50 milyard avroluq büdcə yardımı proqramını təsdiqləmək mümkün olmayıb.

Bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel sammitin birinci gününün yekunlarına dair jurnalistlərə açıqlamasında deyib.

Bildirib ki, məsələ növbəti ilin yanvarında bir daha müzakirəyə çıxarılacaq:

“Bu mövzuya dair dinləmələrimiz yekunlaşdı. 26 ölkənin nümayəndə heyəti Ukraynaya dəstək planımızı dəstəkləsə də, yalnız 1 ölkə bu planın həyata keçirilməsinin əleyhinə səs verdi. Macarıstanın fikrini dəyişəcəyinə və 26 ölkə ilə həmfikir olacağına ümidvarıq.

Yanvar ayında bu mövzu tərəfimizdən bir daha müzakirə ediləcək. Onu qeyd edim ki, proqramda Ukraynaya dəstək, həmrəylik fondu, müdafiənin bütün komponentləri var. Biz bu mövzuya yanvarda qayıdacağıq və əminəm ki, konsensusa nail olacağıq”.

Qeyd edək ki, Macarıstanın Baş naziri Viktor Orban daha əvvəl Ukraynanın Avropa İttifaqında üzvlüyü ilə bağlı danışıqların başlaması qərarına da etiraz edib. Hətta məsələ liderlər tərəfindən müzakirəyə çıxarılan zaman zalı tərk edib.

O qeyd edib ki, rəsmi Kiyevin təşkilata üzvlüyünə mane olmaq üçün Macarıstanın bundan sonra hələ 75 dəfə imkanı olacaq. Baş nazir onu da əlavə edib ki, Budapeşt lazım gələrsə, bu prosesi dayandıra biləcək. 

Fransa Ukraynaya qoşun yeridəcək? | Makrondan Kiyevə çağırış

Fransa Ukraynaya qoşun yeridəcək? | Makrondan Kiyevə çağırış

Dünya
02 may 2024
Raket hücumlarından sonra Ukraynanın Çasiv Yar şəhəri

Raket hücumlarından sonra Ukraynanın Çasiv Yar şəhəri

Dünya
02 may 2024
Gürcüstan 32 ildir ABŞ-dən istifadə edir?

Gürcüstan 32 ildir ABŞ-dən istifadə edir?

Dünya
02 may 2024
Qəzzaya yardımlar belə göndərildi | Anbaan görüntülər

Qəzzaya yardımlar belə göndərildi | Anbaan görüntülər

Dünya
02 may 2024
Tavuşun bu kəndi minalardan təmizləndi | Ermənistan DİN-dən məlumat

Tavuşun bu kəndi minalardan təmizləndi | Ermənistan DİN-dən məlumat

Dünya
02 may 2024
ABŞ-ni narahat edən məsələ | Rusiyaya kömək edənlərə qarşı tədbir

ABŞ-ni narahat edən məsələ | Rusiyaya kömək edənlərə qarşı tədbir

Dünya
02 may 2024
Dünyanın ən böyük haker qrupu hökumətə qarşı | Gürcüstanda son vəziyyət

Dünyanın ən böyük haker qrupu hökumətə qarşı | Gürcüstanda son vəziyyət

Dünya
02 may 2024
Aksiyanı dəstəkləyən Zurabişvili etirazçılara niyə əsəbiləşdi?

Aksiyanı dəstəkləyən Zurabişvili etirazçılara niyə əsəbiləşdi?

Dünya
02 may 2024
Tbilisidə gərgin anlar | Polislə etirazçılar qarşı-qarşıya

Tbilisidə gərgin anlar | Polislə etirazçılar qarşı-qarşıya

Dünya
02 may 2024
Fransada 1 May nümayişi zamanı vəziyyət gərginləşdi

Fransada 1 May nümayişi zamanı vəziyyət gərginləşdi

Dünya
02 may 2024
Seçilmişlər
icon