Makron özünü reklam edir | Səs-küylü bəyanatlar vermək əvəzinə...
“Fransa Prezidenti real fəaliyyət əvəzinə gurultulu sözlərə üstünlük verir”.
Belə bir iddia ilə “Bloomberg” nəşri çıxış edib.
Qeyd olunub ki, Emmanuel Makron Ukrayna müharibəsinin gedişinə öz təsirini həddən artıq şişirdir. Agentliyin yaydığı məlumata görə, Fransa lideri Avropa İttifaqının siyasətini müzakirə etmək üçün bu yaxınlarda ekspertlərlə keçirdiyi görüşdə müdafiə məsələsində ideoloji qələbə qazandığını deyib.
Tədbir iştirakçıları isə Emmanuel Makronu səs-küylü bəyanatlar vermək əvəzinə Kiyevə yardım üçün konkret təkliflər səsləndirməyə çağırıb. Adının açıqlanmasını istəməyən fransalı diplomat Fransa Prezidentinin “ideoloji qələbələri” real fəaliyyətə çevirməsinin vacib olduğunu söyləyib.
Xatırladaq ki, E.Makron bir müddət öncə Parisdə keçiriləcək Yay Olimpiya Oyunları zamanı dünyadakı bütün münaqişə ocaqlarında atəşkəsə nail olmağa çalışacağını deyib.