Makron təhqir edildi
Fransada Valeri adlı qadın prezident Emmanuel Makronu “Facebook”dakı paylaşımında “zibil” adlandırdığına görə mühakimə olunacaq.
Bu barədə ölkənin şimalındakı Sen-Omer şəhərinin prokuroru Mehdi Benbuzid məlumat verib. Onun sözlərinə görə, iyun ayına təyin edilən məhkəmədə qadının təqsiri sübuta yetirilsə, 12 min avro cərimələnəcək.
Qeyd olunub ki, 50 yaşlı Valeri “Facebook”dakı paylaşımından sonra sorğu-sual olunmaq üçün nəzarətə götürülüb.
Xatırladaq ki, qadın E.Makronu mübahisəli pensiya islahatını müdafiə etmək üçün TF1-ə müsahibə verməsindən bir gün əvvəl – martın 21-də “Facebook” səhifəsindəki paylaşımında təhqir edib. "Bu zibil parçası sizin üçün saat 13:00-da çıxış edəcək. Biz bu zibili həmişə televizorda görürük", - deyə Valeri qeyd edib.
#Emmanuel Makron teqi istifadə olunub
- Livana dəstək üçün yeni koalisiya yaradılacaq
- “Livan ərazisindən qoşunlarını çıxarmağa başlamalıdır” | Makron
- Fransa Prezidenti: "ABŞ lideri artıq Ukraynanın münaqişədə uduzduğunu hesab etmir" - Baku TV
- “Fransa belə bir modeli həyata keçirmək niyyətində deyil” | Makron
- “İstəklilər koalisiyası”nın növbəti görüşünün tarixi açıqlandı
