Pleyeri seçin:

Mark Zukerberq "Meta" şirkətindəki əməkdaşlarla daim canlı rejimdə əlaqə qura biləcək

15 aprel 2026 398 baxış

"Meta" şirkətinin qurucusu və baş direktoru Mark Zukerberq əməkdaşlarla canlı rejimdə ünsiyyət qura biləcək rəqəmsal süni intellekt avatarını inkişaf etdirir.

Bu barədə "Financial Times" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Sözügedən layihə korporasiyanın "şəxsi superintellekt" formalaşdırmaq istiqamətindəki qlobal strategiyasının tərkib hissəsi hesab olunur. Bu addımlar çərçivəsində "Meta" fərdi davranış və danışıq tərzini təqlid edə bilən virtual avatarlar üzərində sınaqlar həyata keçirir.

Nəşrin məlumatına əsasən, son vaxtlar Zukerberqin rəqəmsal əkizinin yaradılmasına böyük önəm verilir. Bildirilir ki, baş direktor 3D avatarın öyrədilməsi və sınaqdan keçirilməsi prosesinə şəxsən cəlb olunub. Gələcəkdə bu modelin onu əməkdaşlarla ünsiyyətdə müəyyən dərəcədə əvəzləyəcəyi planlaşdırılır.

Rəqəmsal surət səs qeydləri, fotolar və açıq çıxışların videomaterialları əsasında hazırlanıb. Bu məlumat bazası avatara top-menecerin danışıq xüsusiyyətlərini, hərəkətlərini və ünsiyyət tərzini dəqiq kopyalamağa şərait yaradır. Tətbiqin əməkdaşların işə cəlb olunma səviyyəsini yüksəldəcəyi və şirkətin qurucusu ilə birbaşa təmas təəssüratını artıracağı proqnozlaşdırılır.

Qeyd olunur ki, layihə hazırda işlənmə mərhələsindədir və "Meta" korporasiyasının rəhbər şəxslər üçün nəzərdə tutulan fərdi süni intellekt assistentləri kimi digər təşəbbüsləri ilə birbaşa bağlılığı yoxdur.

Banner
Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Dünya
01 noyabr 2026 398 baxış
Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Dünya
01 noyabr 2026 398 baxış
Ankara hərəkətə keçdi

Ankara hərəkətə keçdi

Dünya
01 noyabr 2026 398 baxış
Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Dünya
01 noyabr 2026 398 baxış
Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Dünya
01 noyabr 2026 398 baxış
Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Dünya
01 noyabr 2026 398 baxış
Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Dünya
01 noyabr 2026 398 baxış
Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Dünya
01 noyabr 2026 398 baxış
Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 398 baxış
Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Dünya
01 noyabr 2026 398 baxış
Seçilmişlər
icon