Pleyeri seçin:

“Meta” Fransada hərbi çevrilişlə bağlı saxta videonu silməkdən imtina edib

18 dekabr 2025 686 baxış

"Meta" şirkəti Fransada guya hərbi çevriliş baş verməsi ilə bağlı süni intellekt vasitəsilə hazırlanmış saxta videonu silməkdən ilkin mərhələdə imtina edib.

Ötən həftə fransızdilli sosial şəbəkələrdə yayılmağa başlayan video mövcud olmayan Fransız televiziya kanalının reportajı kimi təqdim olunub. Videoda Prezident Emmanuel Makronun hakimiyyətdən devrilə biləcəyi iddia edilib. Sözügedən material süni intellekt vasitəsilə yaradılıb.

"France 24" telekanalının məlumatına görə, bazar günü Afrikanın liderlərindən biri Makrona zəng edərək ölkədə vəziyyətin normal olub-olmadığını soruşub. Həmin vaxta qədər videonun yalnız ilkin yüklənmiş versiyası 13 milyon baxış toplayıb.

Prezident Makron bildirib ki, saxta xəbər onu guya əyləndirib, lakin buna baxmayaraq, komandası "Meta" ilə əlaqə saxlayaraq videonun silinməsini xahiş edib. Lakin şirkət ilk mərhələdə videonun platforma qaydalarını pozmadığını əsas gətirərək silinməsindən imtina edib.

"Bu insanlar bizimlə istehza edirlər. Onlar ictimai debatların konstruktivliyinə əhəmiyyət vermir, demokratiyaların suverenliyini məsxərəyə qoyur və bizi təhlükə altına salırlar", – deyə Makronun sözlərini telekanal sitat gətirib.

Məlumata əsasən, çərşənbə günü səhər saatlarında video hələ də sosial şəbəkədə mövcud olub, yalnız "bu məzmun real görünməsi üçün rəqəmsal texnologiyalar vasitəsilə yaradılmış və ya dəyişdirilmiş ola bilər" qeydi əlavə edilib. Bir neçə saat sonra isə klipin platformadan silindiyi ehtimal olunur.

Qeyd edək ki, "Meta" şirkəti "Facebook" və "Instagram" platformalarının sahibidir. Şirkətin fəaliyyəti Rusiya ərazisində ekstremist kimi tanınaraq qadağan edilib.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 686 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 686 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 686 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 686 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 686 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 686 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 686 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 686 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 686 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 686 baxış
Seçilmişlər
icon