Marko Rubio Əbu-Dabidəki üçtərəfli danışıqları şərh edib
Yeniliklərdən dərhal xəbərdar olun
"Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə başa çatması üzrə həll olunmamış məsələlərin sayı tədricən azalır, lakin gündəlikdə hələlik ən çətin məsələlər qalır".
Bu barədə ABŞ dövlət katibi Marko Rubio keçirdiyi mətbuat konfransında Vaşinqton, Kiyev və Moskvanın Əbu-Dabidəki üçtərəfli danışıqlarını şərh edərkən bildirib.
"Həll olunmamış məsələlərin sayı əhəmiyyətli dərəcədə azalıb. Bu, yaxşı xəbərdir. Pis xəbər ondan ibarətdir ki, ən çətin məsələlər hələ də qalır", – deyə o vurğulayıb.
Rubio qeyd edib ki, üç ölkənin nümayəndə heyəti Ukraynada vəziyyətin sabitləşməsi üçün konkret həll yollarının və praktiki addımların axtarışına yönəlmiş məsləhətləşmələri davam etdirir.
"Bu barədə deyə biləcəyim yeganə şey odur ki, biz Amerika administrasiyası olaraq bu işə çox vaxt və enerji sərf edirik. İrəliləyişin olub-olmayacağını görmək üçün mümkün olan hər şeyi etməyə davam edəcəyik", – deyə xarici siyasət idarəsinin rəhbəri bildirib.
#Marko Rubio teqi istifadə olunub
- Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI
- ABŞ-nin İran strategiyasında hansı xətt üstünlük təşkil edir? - Baku TV
- Rubio ərzaq ticarətindən siyasi təzyiq kimi istifadənin yolverilməz olduğunu bildirib
- Rubio ABŞ-İran münasibətlərindəki son vəziyyətdən danışdı - Baku TV
- “Biz bunu Amerikanın böyüməsi kimi görürük” | Rubio 200 nəfərlə Səmərqəndə niyə getmişdi? - Baku TV
