Meksikada daha bir dəhşət | Ölən və yaralananlar var
Meksikanın paytaxtında qazdaşıyan avtosisternin partlaması nəticəsində xəsarət alanların sayı 70-ə çatıb, 3 nəfər isə həlak olub.
Bu barədə Mexiko şəhərinin meri Klara Bruqada "X" sosial şəbəkəsində paylaşım edib.
"Hazırda 70 nəfər xəsarət alıb, təəssüf ki, 3 nəfərin öldüyü təsdiqlənib. Xəsarət alanlar müxtəlif xəstəxanalara yerləşdiriliblər. İlkin versiyaya görə, 49,3 min litr həcmində olan qaz avtosisterni aşıb. Hadisənin dəqiq səbəblərini prokurorluq müəyyən edəcək. Aşmadan sonra bir neçə partlayış baş verib", – deyə mer bildirib.
O əlavə edib ki, 18 avtomobilə də ziyan dəyib.
"19 yaralının vəziyyəti ağırdır. Onların təxliyəsi üçün helikopterlər, təcili yardım maşınları və bütün fövqəladə xidmət qüvvələri hadisə yerinə cəlb olunub", – deyə Klara Bruqada bildirib.
