Pleyeri seçin:
Naməlum kişi Meksika Prezidentini öpməyə çalışdı
Meksikada naməlum kişi ölkə Prezidenti Klaudio Şeynbaumu öpməyə çalışıb.
Hadisə paytaxt Mexikoda dövlət başçısı küçədə vətəndaşlarla görüşərkən baş verib.
Belə ki, arxadan yaxınlaşan naməlum şəxs Prezidenti qucaqlayıb və öpməyə çalışıb.
K.Şeynbaum həmin şəxsin hərəkətlərinə sakit reaksiya verib, onun əllərini özündən uzaqlaşdırıb, geri çevrilib və ona gülümsəyib. Yalnız bundan sonra mühafizəçilər içkili vəziyyətdə olduğu güman edilən kişiyə yaxınlaşıblar.
Hadisənin videogörüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri ölkədə siyasətçilərin lazımi səviyyədə qorunmamasını tənqid ediblər.
Kopyalandı
