ABŞ İran məsələsində Liviya təcrübəsini təkrarlamaqdan çəkinir - Baku TV
ABŞ 2011-ci ildə ölkə lideri Müəmmər Qəddafinin öldürülməsindən sonra Liviyada baş verən hadisələrin İranda da təkrarlanmasını istəmir. Orada qeyri-sabitliyin yaranması Vaşinqtonun maraqlarına uyğun deyil”.
Bu sözləri ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uiteker səsləndirib.
“ABŞ-nin 44-cü prezidenti Barak Obama administrasiyasının Liviyada etdiyinin deja-vüsünün İranda yaşanması arzuolunan deyil. Ona görə də gücümüzdən necə istifadə etdiyimizdə ehtiyatlı olmalıyıq”, – deyə diplomat bildirib.
Metyu Uiteker Rusiya-Ukrayna münaqişəsindən də söz açıb. Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi ilə bağlı sülh sazişi mürəkkəb məsələdir, lakin onun bağlanması bu münaqişənin həlli istiqamətində ilk addım olacaq.
Onun fikrincə, söhbət ərazilərdən, sərhədlərin müəyyən edilməsindən, onlara nəzarətdən, atəşkəsin monitorinqindən gedir.
Metyu Uiteker sonda vurğulayıb ki, bunların hamısı mürəkkəb məsələlərdir, amma buna baxmayaraq, yaxşı irəliləyişlər əldə edilməkdədir. O qeyd edib ki, niyyət bu müharibəyə son qoymaqdir.
