Pleyeri seçin:

Mənzil qiymətlərinin artması Portuqaliyada genişmiqyaslı etiraz dalğası yaradıb - Baku TV

15 noyabr 2026 173 baxış

On minlərlə insan Portuqaliyanın 30-dan çox şəhər və yaşayış məntəqəsində mənzil və kirayə qiymətlərinin sürətlə artmasına qarşı etiraz aksiyaları keçirir.

Yürüşlər “Mənzil hüququmuzun əlimizdən alınmasına icazə verməyəcəyik!” şüarı altında keçirilib.

Aralarında gənclər və təqaüdçülərin də olduğu aksiya iştirakçıları kirayə qiymətlərinin artımının məhdudlaşdırılmasını, kirayəçilərin evdən çıxarılmaya qarşı hüquqi müdafiəsinin gücləndirilməsini və əlçatan mənzil təklifinin artırılmasını tələb ediblər.

Məlumata görə, 2015–2025-ci illərdə Portuqaliyada mənzil qiymətlərinin gəlirlərə nisbəti 61 % artıb ki, bu da Avropa İttifaqı ölkələri arasında ən yüksək göstəricidir.

Bundan əlavə, 2020-ci ildən bəri ölkədə kirayə haqqı 68 % bahalaşıb. Daşınmaz əmlakın dəyərinin artması xüsusilə xarici alıcıların və investisiya fondlarının aktivliyi, Portuqaliyanın frilanserlər və təqaüdçülər arasında populyarlığı, həmçinin turizm sahəsinin və qısamüddətli kirayənin inkişafı ilə əlaqələndirilir.

Hakimiyyət mənzil böhranının həlli üçün yeni tikililərə vergilərin azaldılması, qısamüddətli kirayəyə məhdudiyyətlərin qoyulması və 145 min evin inşası planları da daxil olmaqla görüləcək tədbirləri açıqlayıb.

Bununla yanaşı, hökumət bu tədbirlərin nəticələrinin dərhal özünü göstərməyəcəyini bildirib.

Banner
İran Prezidenti əhalini nəyə hazır olmağa çağırdı?

İran Prezidenti əhalini nəyə hazır olmağa çağırdı?

Dünya
22 noyabr 2026 173 baxış
Zelenskinin açıqladığı həftəlik hücum rəqəmləri nə göstərir? - Baku TV CANLI

Zelenskinin açıqladığı həftəlik hücum rəqəmləri nə göstərir? - Baku TV CANLI

Dünya
22 noyabr 2026 173 baxış
Pezeşkiandan xəbərdarlıq: İqtisadi təzyiq Tehranı danışıqlara aparacaq? - Baku TV

Pezeşkiandan xəbərdarlıq: İqtisadi təzyiq Tehranı danışıqlara aparacaq? - Baku TV

Dünya
22 noyabr 2026 173 baxış
Rusiya hücumu bir neçə istiqamətdən həyata keçirdi

Rusiya hücumu bir neçə istiqamətdən həyata keçirdi

Dünya
22 noyabr 2026 173 baxış
İran ABŞ-nin Bəhreyndəki hərbi bazalarını vurdu?

İran ABŞ-nin Bəhreyndəki hərbi bazalarını vurdu?

Dünya
22 noyabr 2026 173 baxış
Demokratların lideri Trampı Heqseti vəzifədən uzaqlaşdırmağa çağırdı

Demokratların lideri Trampı Heqseti vəzifədən uzaqlaşdırmağa çağırdı

Dünya
22 noyabr 2026 173 baxış
Narkokartel rəhbərinin həbsi qanlı qarşıdurmaya səbəb olub

Narkokartel rəhbərinin həbsi qanlı qarşıdurmaya səbəb olub

Dünya
22 noyabr 2026 173 baxış
Trampın qərarı Konqres araşdırmalarına necə təsir edəcək? - Baku TV CANLI

Trampın qərarı Konqres araşdırmalarına necə təsir edəcək? - Baku TV CANLI

Dünya
22 noyabr 2026 173 baxış
Liviya neft kəmərinin bağlanması səbəbindən 30,7 milyon dollar itirdi

Liviya neft kəmərinin bağlanması səbəbindən 30,7 milyon dollar itirdi

Dünya
22 noyabr 2026 173 baxış
Tehran raket məhdudiyyətlərini aradan qaldırdığını açıqlayıb

Tehran raket məhdudiyyətlərini aradan qaldırdığını açıqlayıb

Dünya
22 noyabr 2026 173 baxış
Seçilmişlər
icon