Pleyeri seçin:

Məşhur yəhudi qardaşlar bir-birinə niyə qənim kəsildi? - "Warner Bros."un sirləri | ARAŞDIRMA

04 aprel 2025 473 baxış

Baku TV bir çox müvəffəqiyyətli filmlərin, eləcə də yeniliklərin müəllifi olan bir şirkət − “Warner Bros. Pictures” haqqında araşdırma hazırlayıb.

Araşdırmada şirkətin əsasının qoyulmasından başlayaraq səsli kino dövrünün başlanğıcı, Uorner qardaşlarının müflisləşmədən xilas olmaları və dünyanın ən böyük kinostudiyalarından birinin sahibinə çevrilmələri haqqında bəhs olunub.

Bildirilib ki, Uorner qardaşlarının həyat yolu Polşadan ABŞ-yə köçən ataları − Benyamin Vonskolaserin (sonradan Uorner) mübarizəsi ilə başlayıb. Sonradan ailə oğulları − Harri, Albert, Sem və Cekin yenilikçi yanaşmaları ilə böyük uğurlar qazanıb.

Diqqətə çatdırılıb ki, “Warner Bros” səsli filmlərin istehsalı ilə böyük məşhurluq qazanıb. Sem Uornerin rəhbərliyi ilə 1927-ci ildə çəkilən “Caz müğənnisi” səsli filmlər dövrünün başlanğıcını qoyaraq şirkətə böyük maliyyə uğuru gətirib. Amma hər bir böyük şirkət kimi “Warner Bros” da müəyyən çətinliklərlə üzləşib.

Qardaşlar arasındakı münaqişələr, iqtisadi çətinliklər və məhkəmə prosesləri şirkətin inkişafına mənfi təsir göstərsə də, onlar hər zaman özlərini yeniləməyi bacarıblar. 1942-ci ildə qardaşlar az büdcə ilə məşhur “Kasablanka” filmini çəkirlər. Film çox sevilir və şirkətə 3,8 milyon dollar gəlir gətirir, eyni zamanda “Oskar”a namizəd olur. 1944-cü ildə isə 3 “Oskar” qazanır.

1967-ci ildə Cek Uorner işlərdən çəkilmək qərarına gəlir və kinostudiyanı Kanada şirkəti olan “Seven Arts”a satır. Bununla da Uorner qardaşlarının dövrü bitir, amma yaratdıqları şirkət yaşamağa davam edir.

Kinostudiya 21-ci əsrdə də uğurlu filmlər çəkməyə davam edir. Bunlardan “Harri Potter”, “The Hobbit” şirkətə milyonlarla dollar gəlir gətirib. Təkcə 2023-cü ildə çəkilən “Barbi” filmi kinostudiyaya 1,5 milyard dollar qazandırıb. 

Banner
Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 473 baxış
Londondan müharibə xəbərdarlığı

Londondan müharibə xəbərdarlığı

Dünya
25 oktyabr 2026 473 baxış
Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Dünya
25 oktyabr 2026 473 baxış
Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Dünya
25 oktyabr 2026 473 baxış
Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Dünya
25 oktyabr 2026 473 baxış
Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 473 baxış
Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Dünya
25 oktyabr 2026 473 baxış
Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Dünya
25 oktyabr 2026 473 baxış
Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Dünya
25 oktyabr 2026 473 baxış
İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 473 baxış
Seçilmişlər
icon