Metro tikintisi zamanı dəhşətli anlar | Hadisə barədə təcili məlumat
Yeniliklərdən dərhal xəbərdar olun
İstanbulun Beşiktaş rayonunda metro tikintisi zamanı naməlum səbəbdən baş verən çökmə nəticəsində bir nəfər həyatını itirib.
Hadisə Kabataş prospektində qeydə alınıb.
“Haber Global”ın məlumatına görə, dağıntılar altında qalan beş nəfər xilasedicilər tərəfindən çıxarılaraq xəstəxanaya çatdırılıb. Lakin onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.
İstanbul bələdiyyəsinin məlumatına əsasən, çökmə zamanı dağıntılar altında qalan digər şəxslərin vəziyyəti qənaətbəxşdir.
Hadisə yerinə Fövqəladə Hallar Xidməti və təcili tibbi yardım briqadaları cəlb olunub. Əraziyə gələn xilasedicilər qısa zamanda dağıntılar altında qalan şəxslərin xilas edilməsi üçün zəruri tədbirləri həyata keçiriblər. Çökmənin səbəbi araşdırılır.
#Türkiyə teqi istifadə olunub
- Azərbaycanla demoqrafik fərq Ermənistanı narahat edir - Baku TV
- Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi
- Səhm əməliyyatlarında qanun pozuntusu şübhəsi ilə istintaq başladılıb
- Müəllimlərin də öldürüldüyü hadisə barədə şok təfərrüat | Türkiyədə qanlı hücum - Baku TV CANLI
- Türkiyədə dəhşətli hadisə | Üç kəndə silahlı hücum - Baku TV
