Pleyeri seçin:

Miqrasiya naziri istefa verəcək, yoxsa...? | “Expo” təşkilatından qalmaqallı açıqlama

11 iyul 2025 524 baxış

İsveçin miqrasiya naziri Yohan Forssell 16 yaşlı oğlunun neonasist və ifrat sağçı qruplarla əlaqədə olması barədə yayılan xəbərlərə baxmayaraq, istefa verməyəcəyini açıqlayıb.

Bu barədə BBC məlumat yayıb.

Məlumatı İsveçdə fəaliyyət göstərən və Rusiyaya qarşı mövqeyi ilə tanınan “Expo” adlı təşkilat açıqlayıb. Onların bildirdiyinə görə, Y.Forssellin yaxın qohumu – sonradan nazirin özü tərəfindən təsdiqləndiyi kimi, onun oğlu – “Şimal Müqavimət Hərəkatı” (NMR) adlı neonasist təşkilatın üzvü ilə əlaqə saxlayıb və daha iki radikal təşkilatın fəaliyyətinə dəstək göstərib. İddialara görə, həmin qrupların yeni üzv toplamasında iştirak edib.

Nazir Y.Forssell bildirib ki, oğlunun bu fəaliyyətindən yalnız bir neçə həftə əvvəl İsveçin Təhlükəsizlik Xidməti (Säpo) tərəfindən məlumatlandırılıb:

“Əksər valideynlər anlayırlar ki, sosial şəbəkələrdə uşaqların nə etdiyini tam nəzarətdə saxlamaq çətindir”.

Miqrasiya naziri əvvəllər də siyasi ekstremizmə qarşı çıxışı ilə tanınıb və valideynləri daha məsuliyyətli olmağa çağırıb. O, hadisənin ictimailəşdirilməməsinin səbəbini oğlunun yetkinlik yaşına çatmaması ilə izah edib.

Yohan Forssell bildirib ki, həyat yoldaşı ilə birlikdə oğulları ilə ciddi və əhəmiyyətli söhbətlər aparıblar və hazırda oğlan ekstremist dairələrlə əlaqəni kəsib, etdiyi hərəkətə görə peşmanlıq hissi keçirir.

Nazir əlavə edib ki, təhlükəsizlik orqanları onun oğlunun fəaliyyətinin yalnız onlayn mühitlə məhdudlaşdığını və hər hansı cinayət işi üzrə təqsirləndirilmədiyini təsdiqləyib.

Terrorizm üzrə tanınmış ekspert Maqnus Ranstorp isə BBC-yə açıqlamasında bildirib ki, ifrat sağçı qruplar internet vasitəsilə yeniyetmələri cəlb etməyə çalışır, fiziki hazırlıq və ekstremist ideologiyanı gəncləri “cazibələndirmək üçün” istifadə edirlər. Onun fikrincə, bu hadisə təhlükəli həddə çatmayıb, amma potensial təhlükə ola bilərdi.

“Bu gənc ömrünün sonuna qədər bu hadisənin izlərini daşıyacaq. Amma onun şəxsi həyat hüququnu da nəzərə almaq lazımdır”, – deyə M.Ranstorp vurğulayıb.

İsveçin Baş naziri Ulf Kristersson isə Y.Forsselli dəstəkləyib: “O, məsuliyyətli bir valideynin etməli olduğu şeyi edib. Məsələ onu deyil, uşağı qorumaq idi”.

Nazir də sosial şəbəkə hesabında oxşar mövqe bildirib: “Mənim siyasətçi kimi imicimi qorumaq yox, uşağımı qorumaq ön planda olub”.

Bununla belə, İsveç müxalifəti hökuməti ifrat sağ ekstremizmə qarşı mübarizədə ikili standartlara yol verməkdə ittiham edir. Sol Partiyası artıq naziri parlamentə çağıraraq ondan izahat tələb edəcəyini bildirib.

Almaniyanın hərbi imkanlarını genişləndirməsi müzakirələrə səbəb oldu - Baku TV CANLI

Almaniyanın hərbi imkanlarını genişləndirməsi müzakirələrə səbəb oldu - Baku TV CANLI

Dünya
20 sentyabr 2026 524 baxış
Macarıstanda elektrik stansiyasının gücü azaldılıb

Macarıstanda elektrik stansiyasının gücü azaldılıb

Dünya
20 sentyabr 2026 524 baxış
İranın irəli sürdüyü tələblərlə Vaşinqton razılaşacaqmı?

İranın irəli sürdüyü tələblərlə Vaşinqton razılaşacaqmı?

Dünya
20 sentyabr 2026 524 baxış
Duqindən Putinlə bağlı sensasiyalı açıqlama

Duqindən Putinlə bağlı sensasiyalı açıqlama

Dünya
20 sentyabr 2026 524 baxış
Baş nazir iğtişaşçıları polisə qarşı zorakılıqda ittiham edib

Baş nazir iğtişaşçıları polisə qarşı zorakılıqda ittiham edib

Dünya
20 sentyabr 2026 524 baxış
Vaşinqtondan Ukrayna mesajı

Vaşinqtondan Ukrayna mesajı

Dünya
20 sentyabr 2026 524 baxış
ABŞ vətəndaşlarına Yaxın Şərqdə eskalasiya barədə xəbərdarlıq edib

ABŞ vətəndaşlarına Yaxın Şərqdə eskalasiya barədə xəbərdarlıq edib

Dünya
20 sentyabr 2026 524 baxış
ABŞ-yə səfərindən əvvəl Si Cinpinin səhhəti ilə bağlı qeyri-müəyyənlik yaranıb

ABŞ-yə səfərindən əvvəl Si Cinpinin səhhəti ilə bağlı qeyri-müəyyənlik yaranıb

Dünya
20 sentyabr 2026 524 baxış
Trampın iqamətgahı üzərində hava məkanı pozuldu, qüvvələr hərəkətə keçdi - Baku TV CANLI

Trampın iqamətgahı üzərində hava məkanı pozuldu, qüvvələr hərəkətə keçdi - Baku TV CANLI

Dünya
20 sentyabr 2026 524 baxış
Moskva səmasında görünməmiş PUA hücumu - Baku TV CANLI

Moskva səmasında görünməmiş PUA hücumu - Baku TV CANLI

Dünya
20 sentyabr 2026 524 baxış
Seçilmişlər
icon