Pleyeri seçin:

Mirzoyan və Rubio Vaşinqtonda görüşdülər

14 yanvar 2026 236 baxış

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda görüşüblər.

Tərəflər Ermənistan və ABŞ arasında strateji tərəfdaşlığın inkişaf dinamikasını və əldə olunan razılaşmaların həyata keçirilməsini məmnuniyyətlə qeyd ediblər.

Mirzoyan və Rubio 2025-ci il avqustun 8-də Vaşinqton Sülh Sammitində əldə olunan razılaşmaların həyata keçirilməsinin gedişatını müzakirə ediblər.

Hər iki tərəf Bakı və İrəvan arasında sülhün daha da təsisatlaşdırılmasının vacibliyini vurğulayıb və bu istiqamətdə addımlar atılmasını nəzərdən keçirib.

Ermənistanın xarici işlər naziri və ABŞ dövlət katibi iki ölkə arasında Trampın “Beynəlxalq Sülh və Rifah Marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsi üçün çərçivə sazişi ilə bağlı birgə bəyanatı təsdiqləyiblər.

“Bu gün biz TRIPP layihəsini imzalayacağıq. Daha doğrusu, bizim fikrimizcə, əməkdaşlığın əla nümunəsi olan layihənin həyata keçirilməsi üzərində işləməyə davam edəcəyik. Bu, Ermənistanı biznesə açır, iqtisadi cəhətdən çiçəklənməsinə imkan verir və heç bir şəkildə Ermənistanın suverenliyini pozmur. Bu, əməkdaşlığın əla nümunəsidir və bu, həm də ölkələrimiz arasında çox güclü olan və bu müqavilələr sayəsində güclənməyə davam edən ikitərəfli münasibətlərimizin qurulması üçün davamlı bir yoldur”, – deyə Marko Rubio görüşlə bağlı bildirib.

Əraqçi Hörmüzdə keçidin bərpa olunmasının şərtlərini açıqladı - Baku TV

Əraqçi Hörmüzdə keçidin bərpa olunmasının şərtlərini açıqladı - Baku TV

Dünya
08 may 2026 236 baxış
Hörmüz boğazında nə baş verir? | Zelenskidən Rusiyaya çağırış - YENİ BİR SƏHƏR

Hörmüz boğazında nə baş verir? | Zelenskidən Rusiyaya çağırış - YENİ BİR SƏHƏR

Dünya
08 may 2026 236 baxış
Körfəzdə nə baş verir? | Müharibə yenidən alovlanır? - Baku TV

Körfəzdə nə baş verir? | Müharibə yenidən alovlanır? - Baku TV

Dünya
08 may 2026 236 baxış
"Ermənistan hələ də "iki stulda oturmağa" davam edir" | Uşakovdan sərt sözlər - Baku TV

"Ermənistan hələ də "iki stulda oturmağa" davam edir" | Uşakovdan sərt sözlər - Baku TV

Dünya
08 may 2026 236 baxış
Rusiya-Ukrayna savaşı bitir? | Moskvadan rəsmi açıqlama - 24 SAAT

Rusiya-Ukrayna savaşı bitir? | Moskvadan rəsmi açıqlama - 24 SAAT

Dünya
08 may 2026 236 baxış
“Ruslar atəşkəs etdi ki, bayram keçirsinlər” | Rusiya-Ukrayna müharibəsi bitir? - Baku TV

“Ruslar atəşkəs etdi ki, bayram keçirsinlər” | Rusiya-Ukrayna müharibəsi bitir? - Baku TV

Dünya
08 may 2026 236 baxış
Tehran və Vaşinqton arasında müsbət siqnallar

Tehran və Vaşinqton arasında müsbət siqnallar

Dünya
07 may 2026 236 baxış
Zelenskidən Kremlə mesaj

Zelenskidən Kremlə mesaj

Dünya
07 may 2026 236 baxış
Rusiyanın raket daşıyan gəmisi vuruldu

Rusiyanın raket daşıyan gəmisi vuruldu

Dünya
07 may 2026 236 baxış
Səudiyyə Ərəbistanı ABŞ-yə hava məkanından istifadəyə niyə qadağa qoyur? - Baku TV

Səudiyyə Ərəbistanı ABŞ-yə hava məkanından istifadəyə niyə qadağa qoyur? - Baku TV

Dünya
07 may 2026 236 baxış
Seçilmişlər
icon