Pleyeri seçin:

Misli görünməmiş qüvvə ilə... | İran xalqının Trampdan gözlədiyi reallaşacaq? - Baku TV

10 fevral 2026 506 baxış

“Bu mərhələdə tarazlığı yalnız hərbi müdaxilə təmin edə bilər, buna görə də İran xalqı Prezident Trampın edəcəyini vəd etdiyi addımı atmasını səbirsizliklə gözləyir və onun “yardım gələcək, səbir edin” sözlərinə ümid bağlayır. Onlar səbir edirlər və Prezidentin verdiyi vədə sadiq qalacağına ümid edirlər”.

Bunu İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi deyib.

O bildirib ki, Donald Tramp həmişə Barak Obama kimi olmadığını göstərib:

“Tramp dediklərini edən insandır, sülh tərəfdarıdır, sonda İran xalqına kömək edəcək ki, təkcə İranı viran qoyan yox, həm də ilk gündən xaos, qeyri-sabitlik və ABŞ-yə düşmənçiliyin mənbəyi olmuş rejimdən xilas olsunlar”.

Pəhləvi ABŞ-nin bölgədə misli görünməmiş miqyasda hərbi qüvvə yerləşdirməsinə toxunaraq qeyd edib ki, bu yerləşdirmə sadə təlim deyil, dünya müharibəsi istisna olmaqla, indiyədək baş verənlərdən qat-qat geniş və əhatəlidir, bu, ciddi kampaniyadır:

“Amerikalılar bilməlidirlər ki, bölgədəki qeyri-sabitliyin əsas kökü bu rejimdir. O, ABŞ və müttəfiqlərinin ən böyük düşmənidir. Rejim bir xalqın – İsrailin məhv edilməsini tələb etdiyi halda, İran xalqı dəfələrlə sübut edib ki, qonşularına qarşı düşmən münasibəti yoxdur və Amerikanın müttəfiqidir. İranlılar İsrailin də dostudur”.

Keçmiş şahzadə əlavə edib ki, İrandakı mövcud rejim devrilməklə regionda sabitlik təmin ediləcək və ABŞ-nin bölgədə uzunmüddətli hərbi mövcudluğuna ehtiyac qalmayacaq.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 506 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 506 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 506 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 506 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 506 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 506 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 506 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 506 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 506 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 506 baxış
Seçilmişlər
icon