Pleyeri seçin:

Molla rejiminin sonu yaxınlaşır? - "Dünyadan pul qoparır, öz xalqını öldürür" - Baku TV

17 iyun 2026 456 baxış

“Yanvarda keçirilən etirazlar zamanı 40 min iranlı ABŞ və İran arasında nüvə müqaviləsi və ya Hörmüz boğazı ilə bağlı danışıqların aparılması naminə öldürülməyib”.

Bunu İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvi deyib.

Şahın oğlu İran xalqının azadlıq və demokratiya uğrunda canını qurban versə də, danışıqlarda iştirak etmədiyini bildirib.

Rza Pəhləvi ölkədəki edam dalğasına da toxunub: “İslam Respublikası danışıqlara davam edərkən vətəndaşlarını öldürməyə davam edir”.

Şahzadə vurğulayıb ki, İranın gələcəyi ilə bağlı istənilən dialoq xalqın tələblərini diqqət mərkəzinə qoymalı və yalnız nüvə məsələsi və ya Hörmüz boğazında təhlükəsiz keçid kimi məsələlərlə məhdudlaşmamalıdır.

Pəhləvi İranla istənilən razılaşmanın uğursuz olacağını, molla rejimi ilə anlaşmanın səhv olduğunu və əks nəticə verəcəyini qeyd edib:

“Bu rejimlə hansısa razılaşma uğursuz olacaq, ona heç vaxt etibar etmək olmaz. Bu rejim dünyadan pul qoparmağa, cəsur və günahsız iranlıları boğmağa, regionda və beynəlxalq səviyyədə terror və qeyri-sabitlik yaymağa davam edəcək. Ona görə də beynəlxalq birlik İran xalqının azadlıq uğrunda mübarizəsini dəstəkləməlidir. İran xalqı danışıqların mərkəzində və rejimə qarşı siyasətdə yer almalıdır. Yanvarda iki gün ərzində 40 min etirazçını öldürən bir rejimlə razılaşma mənəvi və strateji cəhətdən səhvdir. Bu, əks-təsir göstərəcək. Beynəlxalq dəstək olsa da, olmasa da, bu rejim devriləcək. İran xalqı özünü bu zülmdən azad edəcək”.

Pəhləvi əlavə edib ki, ABŞ və İsrailin hücumları xalq tərəfindən humanitar müdaxilə, azadlıq aktı kimi qəbul edilib, xarici işğal kimi yox: “Rejim dəyişikliyi yeganə düzgün yoldur. Bu rejim azad dünya ilə bacara bilməz”.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 456 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 456 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 456 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 456 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 456 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 456 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 456 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 456 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 456 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 456 baxış
Seçilmişlər
icon