Pleyeri seçin:

Moskva hansı halda cəzalandırıla bilər? | Andrey Yermakdan qalmaqallı açıqlama

13 may 2025 388 baxış

Əgər Vladimir Putin Türkiyədə keçirilməsi planlaşdırılan danışıqlarda iştirakdan imtina edərsə, bu, Rusiyanın müharibəni bitirmək istəmədiyinə dair aydın bir siqnal olacaq.

Bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak bildirib.

“Düşünürəm ki, əgər Vladimir Putin Türkiyəyə gəlməkdən imtina etsə, bu, Rusiyanın müharibəni bitirmək istəmədiyinin və hər hansı danışıqlara nə istəkli, nə də hazır olduğunun sonuncu göstəricisi olacaq”, – deyə A.Yermak vurğulayıb.

O qeyd edib ki, hazırda Rusiya tərəfi V.Putinin danışıqlarda iştirak edib-etməyəcəyi ilə bağlı qəti qərarını açıqlamayıb. Eyni zamanda Kiyev Prezident Volodimir Zelenskinin danışıqlarda iştirak etməyə hazır olduğunu və orada olacağını təsdiqləyib.

A.Yermak onu da əlavə edib ki, əgər Rusiya danışıqlardan imtina edərsə, beynəlxalq ictimaiyyət buna qarşı Moskvanı yeni sanksiyalarla cəzalandırmalı və Ukraynaya hərbi dəstəyi artırmalıdır.

Bundan əlavə, A.Yermak Ukraynanın təhlükəsizlik zəmanətləri sistemi üzərində işin davam etdiyini bildirib. Onun sözlərinə görə, bu sistemin vacib tərkib hissələrindən biri güclü və hazırlıqlı Ukrayna Silahlı Qüvvələri, digəri isə ABŞ ilə faydalı qazıntılar sahəsində imzalanacaq saziş olacaq.

Qeyd edək ki, bir gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna ilə Rusiya arasında birbaşa danışıqlar təşkil etməyə hazır olduğunu bəyan edib. Avropa liderləri isə yeni sanksiyaları müzakirəyə çıxarmazdan öncə V.Zelenski ilə V.Putinin Türkiyədə mümkün görüşünü gözləməyə razı olduqlarını bildiriblər.

11 mindən çox insan evlərini tərk edib

11 mindən çox insan evlərini tərk edib

Dünya
08 fevral 2026 388 baxış
Ukraynada enerji obyektləri vuruldu

Ukraynada enerji obyektləri vuruldu

Dünya
08 fevral 2026 388 baxış
İrana məxsus PUA-nı vuran pilotla söhbət aparılıb

İrana məxsus PUA-nı vuran pilotla söhbət aparılıb

Dünya
08 fevral 2026 388 baxış
Rusiya-Ukrayna cəbhəsində vəziyyət dəyişir - Baku TV CANLI

Rusiya-Ukrayna cəbhəsində vəziyyət dəyişir - Baku TV CANLI

Dünya
08 fevral 2026 388 baxış
Təşkilatçılar Əfqanıstanda hazırlıq keçiblər - Baku TV

Təşkilatçılar Əfqanıstanda hazırlıq keçiblər - Baku TV

Dünya
08 fevral 2026 388 baxış
Abbas Əraqçidən şok açıqlama | "Cavab tədbirləri görüləcək" - Baku TV CANLI

Abbas Əraqçidən şok açıqlama | "Cavab tədbirləri görüləcək" - Baku TV CANLI

Dünya
07 fevral 2026 388 baxış
Baş Qərargah rəisi xəbərdarlıq etdi | "Müharibə bütün regionu yandıracaq!" - Baku TV CANLI

Baş Qərargah rəisi xəbərdarlıq etdi | "Müharibə bütün regionu yandıracaq!" - Baku TV CANLI

Dünya
07 fevral 2026 388 baxış
Oman görüşü nələri dəyişəcək? | İran və ABŞ niyə razılığa gələ bilmir? - Baku TV CANLI

Oman görüşü nələri dəyişəcək? | İran və ABŞ niyə razılığa gələ bilmir? - Baku TV CANLI

Dünya
07 fevral 2026 388 baxış
“Artıq Fransa və Almaniya da meydana çıxır!” | Ukraynada seçkilər təxirə düşəcək? - Baku TV

“Artıq Fransa və Almaniya da meydana çıxır!” | Ukraynada seçkilər təxirə düşəcək? - Baku TV

Dünya
07 fevral 2026 388 baxış
Bu təhlükə ABŞ-ni hərəkətə keçirdi! | İlk dəfədir ki, ABŞ və Rusiya arasında... - Baku TV

Bu təhlükə ABŞ-ni hərəkətə keçirdi! | İlk dəfədir ki, ABŞ və Rusiya arasında... - Baku TV

Dünya
07 fevral 2026 388 baxış
Seçilmişlər
icon