Moskvaya yenidən dronla hücum edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 10-na keçən gecə Ukraynanın Rovno vilayətinə Pilotsuz Uçuş Aparatları ilə hücum edilib.
Bu barədə Ukrayna KİV məlumat yayıb. Bildirilib ki, hücum nəticəsində vilayətin Dubno şəhərindəki neft bazası vurulub. Məlumata görə, hadisə zamanı ölən və xəsarət alan olmayıb.
Qeyd edək ki, avqustun 10-na keçən gecə Rusiyanın paytaxtı Moskva da növbəti PUA hücumuna məruz qalıb. Belə ki, şəhərin istiqamətində uçan iki pilotsuz uçuş aparatı Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən zərəsizləşdirilib.
Bu barədə paytaxtın meri Sergey Sobyanin “Telegram” kanalında məlumat verib. “Pilotsuz Uçuş Aparatlarından biri Kaluqa vilayətində, digəri isə Mərkəzi Dairəvi yol ərazisində zərəsizləşdirilib”, – deyə mer əlavə edib.
#Ukrayna teqi istifadə olunub
- Zelenski çıxışında Kiyevin ABŞ-nin yeni siyasi qüvvələri ilə tez bir zamanda dialoq qurmalı olduğunu bildirib
- Zelenski Maskın maliyyə imkanları ilə Avropa siyasətinə təsirini yolverilməz sayıb - Baku TV CANLI
- Kiyev milyarderin açıqlamalarına niyə sərt reaksiya verdi?
- Ukrayna Almaniyadan hərbi yardımın sürətləndirilməsini istəyir
- ABŞ-nin Ukrayna və İran planları necə dəyişəcək? - AKTUAL GÜNDƏM
