Pleyeri seçin:
Mübahisə qanla bitdi | Parkdakı silahlı insidentin təfərrüatı
ABŞ-nin Nyu-Meksiko ştatının Las-Krusis şəhərində yerləşən “Young Park”da keçirilən tədbir zamanı silahlı insident baş verib.
Yerli medianın məlumatına görə, hadisə nəticəsində ikisi 19 yaşında, biri isə 16 yaşında olmaqla üç gənc həyatını itirib, 15 nəfər yaralanıb.
Polisin verdiyi məlumata görə, iki qrup arasında yaranan mübahisə silahlı qarşıdurmaya çevrilib. Yaralananlar 16-36 yaş aralığındadır.
Hadisə ilə bağlı hələlik heç kim saxlanılmayıb. Lakin polis bir neçə ipucu üzərində işlədiklərini və hadisə yerində tapança güllələrinə aid gilizlərin tapıldığını bildirib.
Kopyalandı
#ABŞ teqi istifadə olunub
- Güc mərkəzlərində sakit sui-qəsd planları - Baku TV
- Prezident ABŞ-də işgüzar səfərdədir | AIPAC rəhbərliyi ilə görüş keçirilib - Baku TV
- Kritik geri sayım: İran ABŞ-nin "qırmızı xətlər"ini qəbul edəcək, yoxsa savaş qaçılmazdır? - Baku TV
- ABŞ-nin süni intellektlə bağlı narahatlıqları var
- Ceyms Devid Vens İranla danışıqlarda bir sıra "qırmızı xətlər"i açıqladı - Baku TV CANLI
