Müctəba Xamenei sağdırsa, ağıllı addım atmalıdır | Donald Tramp - Baku TV
Urmiyada İsrailə hərbi məlumat ötürməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.
Bu barədə İran mətbuatı məlumat yayıb.
Vurğulanıb ki, təhlükəsizlik qüvvələri İsraillə əlaqəli olduğu bildirilən bir neçə muzdlu şəbəkəni aşkar edib. Onların hərbi, polis və digər təhlükəsizlik qurumları haqqında məlumatları İsrailə ötürdükləri bildirilib.
Tehran ətrafına endirilən hava zərbələri nəticəsində İran Silahlı Qüvvələri Baş Qərargahının iki yüksəkrütbəli zabiti – Abdulla Cəlali-Nəsəb və Əmir Şəriət öldürülüb.
İran mediası general-mayor Abdulla Cəlali-Nəsəbin həlak olduğunu təsdiqləyib.
Bu arada ABŞ Prezidenti Donald Tramp İranın yeni ali lideri Müctəba Xameneinin sağ olduğuna şübhə etdiyini söyləyib.
O bu fikri NBC telekanalına müsahibəsində səsləndirib.
"Onun, ümumiyyətlə, sağ olub-olmadığını bilmirəm. Eşitmişəm ki, o, sağ deyil. Əgər bu belə deyilsə, o zaman ölkəsi üçün çox ağıllı bir addım atmalıdır, yəni təslim olmalıdır", – deyə Ağ Ev rəhbəri əlavə edib.
Xatırladaq ki, martın 12-də İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirmişdi ki, Müctəba Xamenei yaralanıb, lakin özünü yaxşı hiss edir.
#ABŞ teqi istifadə olunub
- Tramp Hörmüz boğazı ilə bağlı nələri planlaşdırır? - Baku TV
- Putin Trampa nə təklif etdi? | "Müharibə həlledici mərhələyə qədəm qoyur" - Baku TV
- Əraqçi ABŞ-ni bölgədəki şirkətlərinin vurulacağı ilə hədələdi
- Britaniya və digər ölkələr hərbi gəmilər göndərəcək? | Trampdan çağırış - Baku TV
- İran təslim olmur, Tramp isə geri çəkilmir: böhranın ən təhlükəli anı? - AKTUAL GÜNDƏM
