Pleyeri seçin:

"Mübahisələrin sülh yolu ilə həllindən başqa alternativi yoxdur" | Stefan Düjarrik

07 aprel 2026 393 baxış

"Baş katib beynəlxalq hüquqla bağlı məsələlərdə çox aydın mövqe tutub və bir daha bütün tərəfləri bu hərbi əməliyyatların aparılması ilə bağlı öhdəliklərinə əməl etməyə çağırır. O xatırladır ki, enerji infrastrukturu da daxil olmaqla, mülki infrastrukturlara hücum edilə bilməz, hətta konkret mülki infrastruktur hərbi məqsəd kimi qiymətləndirilsə belə, beynəlxalq humanitar hüquq onlara qarşı hücumları qadağan edir".

Bu sözləri BMT Baş katibinin sözçüsü Stefan Düjarrik söyləyib.

O bildirib ki, beynəlxalq mübahisələrin sülh yolu ilə həllindən başqa alternativi olmadığı üçün tərəflərin bu münaqişəni dayandırmasının vaxtı çatıb.

Qeyd edək ki, Hörmüz boğazının açılması üçün güc tətbiqi ilə bağlı qətnamə layihəsi BMT Təhlükəsizlik Şurasının iclasında rədd edilib. Bəhreynin təklif etdiyi sənəddə beynəlxalq qüvvələrin boğazda naviqasiyanı təmin etmək üçün bütün zəruri tədbirlərdən istifadə etməsi ehtimalı nəzərdə tutulurdu.

Bu qətnamənin qəbulu faktiki olaraq İrana qarşı hərbi variantı təsdiqləməli idi. Amma səsvermədə Rusiyanın bitərəf qalması gözlənilsə də, əleyhinə səs verib. Fransa və Çin də qətnaməyə qarşı çıxıblar, bu da layihənin lazımi dəstəyi ala bilməməsi deməkdir.

Müşahidəçilər qeyd edirlər ki, Moskva və Parisin səsvermə ilə bağlı mövqelərinin uyğunlaşması nadir haldır, çünki ölkələr adətən beynəlxalq təhlükəsizlik məsələlərində fərqli mövqelər tuturlar.

Kopyalandı
Banner
Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 393 baxış
Londondan müharibə xəbərdarlığı

Londondan müharibə xəbərdarlığı

Dünya
25 oktyabr 2026 393 baxış
Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Dünya
25 oktyabr 2026 393 baxış
Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Dünya
25 oktyabr 2026 393 baxış
Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Dünya
25 oktyabr 2026 393 baxış
Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 393 baxış
Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Dünya
25 oktyabr 2026 393 baxış
Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Dünya
25 oktyabr 2026 393 baxış
Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Dünya
25 oktyabr 2026 393 baxış
İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 393 baxış
Seçilmişlər
icon