Pleyeri seçin:

Müharibədə baş verənlər Rusiyanı silkələdi | Hücumla bağlı təcili açıqlama - Baku TV

28 aprel 2026 172 baxış

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Krasnodar diyarındakı “Tuapse” neft emalı zavoduna yenidən hücum edib və nəticədə, güclü yanğın baş verib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bu haqda məlumat yayıb.

“Rusiyanın hərbi-iqtisadi potensialının azaldılması çərçivəsində aprelin 28-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələrinin bölmələri tərəfindən Krasnodar diyarındakı “Tuapse” NEZ-ə təkrar zərbə endirilib”, – deyə Baş Qərargahdan bildirilib.

Məlumata görə, pilotsuz uçuş aparatları (PUA) zavodun ərazisinə düşüb və ardınca yanğın qeydə alınıb. Dəymiş ziyanın miqyası dəqiqləşdirilir.

Həmçinin Ukrayna hərbçiləri ilhaq olunmuş Krımda, Oxotniçye ərazisində “Ay-Petri” radiotexniki taborunun radiolokasiya stansiyasını vurublar.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, bu istiqamətdə intensiv iş aparılır:

“Lakin Kiyev rejiminin zərbələri nəticəsində hansı obyektlərin vurulduğu ilə bağlı məlumatlar məxfidir və biz onları ictimaiyyətə açıqlamayacağıq. Fəsadların aradan qaldırılması üçün müvafiq səviyyədə tədbirlər görülür. Ümumilikdə bu vəziyyətlə bağlı deyə biləcəyim hər şeyi artıq demişəm. Əlavə edəcək heç nəyim yoxdur”.

Ukrayna Ali Radası isə hərbi vəziyyətin qüvvədə olma müddətini 90 gün uzadıb.

Xatırladaq ki, aprelin 27-də Ukrayna Prezidenti Volodimir Zelenski hərbi vəziyyətin və ümumi səfərbərliyin qüvvədə qalma müddətinin uzadılması haqqında qanun layihəsini Ali Radaya təqdim edib.

Trampla yaşanan gərginlik Meloninin reytinqini yüksəltdi

Trampla yaşanan gərginlik Meloninin reytinqini yüksəltdi

Dünya
23 iyun 2026 172 baxış
İran üçün maliyyə qapıları açılır: Yeni reallıq regionu necə dəyişəcək? - AKTUAL GÜNDƏM

İran üçün maliyyə qapıları açılır: Yeni reallıq regionu necə dəyişəcək? - AKTUAL GÜNDƏM

Dünya
23 iyun 2026 172 baxış
Olimpiya Oyunlarında qadınlar arasında medallar yenidən bölüşdürüləcək

Olimpiya Oyunlarında qadınlar arasında medallar yenidən bölüşdürüləcək

Dünya
23 iyun 2026 172 baxış
ABŞ və İran daimi sülh üzrə razılaşıb, yoxsa regionu yeni gərginlik gözləyir? - Baku TV CANLI

ABŞ və İran daimi sülh üzrə razılaşıb, yoxsa regionu yeni gərginlik gözləyir? - Baku TV CANLI

Dünya
23 iyun 2026 172 baxış
ABŞ "Titanik"dən çıxarılan əşyaların hərracda satışının qarşısını almağa çalışır

ABŞ "Titanik"dən çıxarılan əşyaların hərracda satışının qarşısını almağa çalışır

Dünya
23 iyun 2026 172 baxış
“İvanişvili rejimi banka qapağı kimi Gürcüstanı havasız qoyur” | Saakaşvili

“İvanişvili rejimi banka qapağı kimi Gürcüstanı havasız qoyur” | Saakaşvili

Dünya
23 iyun 2026 172 baxış
Trampdan Avropaya sərt tənqid | Nüvə razılaşması ətrafında gərginlik artır - Baku TV CANLI

Trampdan Avropaya sərt tənqid | Nüvə razılaşması ətrafında gərginlik artır - Baku TV CANLI

Dünya
23 iyun 2026 172 baxış
"Yük gəmisinə hücum nəticəsində 2 vətəndaşımız yaralanıb" | Türkiyə XİN

"Yük gəmisinə hücum nəticəsində 2 vətəndaşımız yaralanıb" | Türkiyə XİN

Dünya
23 iyun 2026 172 baxış
Orqanizm üçün düşündüyünüzdən daha faydalıdır

Orqanizm üçün düşündüyünüzdən daha faydalıdır

Dünya
23 iyun 2026 172 baxış
"Günəşi görən kimi gur alqışlar ucaldı" | Arxeoloq

"Günəşi görən kimi gur alqışlar ucaldı" | Arxeoloq

Dünya
23 iyun 2026 172 baxış
Seçilmişlər
icon