Kreml Avropa İttifaqının yeni sanksiyalarını rədd edir
“Hökumətlə keçirilən görüşdə Rusiya Prezidenti Vladimir Putin bildirib ki, investisiyaların məhdudlaşdırılması və ya yavaşlaması ilə bağlı müəyyən çətinliklərə və tendensiyalara baxmayaraq, vəziyyət tamamilə sabitdir və nəzarət altındadır. Eyni sözləri bank sektoru haqqında da demək olar”.
Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Mərkəzi Bank dəfələrlə bildirib ki, vəziyyəti çox diqqətlə izləyir və bu sabitliyi qorumaq üçün zəruri tədbirlər görür.
Bank sistemimizə qarşı tətbiq olunan qeyri-legitim sanksiyalar və xarici məhdudiyyətlərə gəldikdə isə bu yeni bir hal deyil. Ən böyük banklarımız uzun müddətdir ki, sanksiyalar altındadır. Bu isə onların böyük mənfəət əldə etməsinə, inkişaf etməsinə və tam sabitliyi qoruyub saxlamasına mane olmur.
Xarici ticarət əməliyyatlarına və digər məsələlərə gəlincə, bildiyiniz kimi, bazarda bütün xidmətlər paketini təmin edən şirkətlər fəaliyyət göstərir”, – deyə o qeyd edib.
#Rusiya teqi istifadə olunub
- Rusiya və Ermənistan bir-birinə necə alternativ tapdı? - Baku TV CANLI
- Aİ Ermənistanla Rusiyanın tarixi əlaqələrini pozmağa çalışır | Mariya Zaxarova - Baku TV
- Kreml Paşinyanla bağlı son qərarı açıqladı - Baku TV CANLI
- Rusiya ordusunun yüksəkrütbəli zabiti həlak oldu | Sui-qəsdin arxasında kim durur? - Baku TV
- Ermənistan seçkilərində Rusiya təzyiqi iddiası | Moskva prosesə necə müdaxilə etdi? - ANA XƏBƏR
