Müharibədə son 24 saatda nələr yaşandı? - Gərginlik pik həddə
Rusiya ilə Ukrayna arasında hərbi vəziyyət gərgin olaraq qalır.
Aprelin 1-dən 2-nə keçən gecə Rusiya ərazisində hava hücumundan müdafiə qüvvələri Ukraynaya məxsus 93 PUA-nı məhv edib.
Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat verib. Bildirilib ki, Kurskda 87, Rostovda 4, Belqorod vilayəti üzərində 2 ədəd PUA vurulub.
Rusiya Silahlı Qüvvələri də gecə ərzində dronlarla Ukraynanın Xarkov şəhərini atəşə tutub. Hadisə nəticəsində 20-yə yaxın fərdi yaşayış evinə ziyan dəyib, iki yaşayış binasında güclü yanğın baş verib. 9 aylıq körpə də daxil olmaqla 8 insan yaralanıb.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib ki, son 24 saat ərzində cəbhədə Ukrayna Müdafiə Qüvvələri ilə Rusiya Silahlı Qüvvələri arasında 176 döyüş toqquşması qeydə alınıb. Əsasən Sumı, Donetsk və Zaporojye vilayətlərinə hava zərbələri endirilib.
Qərargahdan əlavə edilib ki, Rusiya tərəfinin son sutka ərzində cəbhədə 1410 əsgəri və 24 zirehli döyüş maşını zərərsizləşdirilib.
#Rusiya Müdafiə Nazirliyi teqi istifadə olunub
- Ukrayna silahlı qüvvələri geri çəkilir? | Rusiya ordusundan şiddətli hücumlar
- Tanınmış müxbir öldürüldü | Reportaj vaxtı dəhşətli dron zərbələri
- 60 min hərbçi ilə... | Rusiya müdafiə naziri kritik tarixi açıqladı
- 1000-dən çox rusiyalı öldürüldü | Rusiya-Ukrayna müharibəsində şiddətli döyüşlər
- Bu ərazilər hədəfə alındı | Rusiya-Ukrayna müharibəsində son vəziyyət
