1000-dən çox rusiyalı öldürüldü | Rusiya-Ukrayna müharibəsində şiddətli döyüşlər
Rusiya-Ukrayna müharibəsi cəbhəsində şiddətli döyüşlər davam edir. Son məlumatlara görə, tərəflər arasında 182 hərbi toqquşma qeydə alınıb ki, bunun da 69-u Pokrovsk istiqamətində baş verib. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bu döyüşlərdə mindən çox Rusiya hərbçisinin məhv edildiyini və 500 ədəd hərbi texnikanın sıradan çıxarıldığını bəyan edib. Münaqişə fonunda Rusiya Dnepropetrovska hava zərbələri endirərək enerji infrastrukturunu hədəf alıb, nəticədə bir nəfər yaralanıb. Həmçinin Çerniqovda PUA hücumları mülki infrastruktura ziyan vurub. "DeepState" analitikləri Rusiyanın Donetsk vilayətində, Novopavlovsk istiqamətində 3 yaşayış məntəqəsini ələ keçirdiyini bildirib. Rusiya Müdafiə Nazirliyi isə öz növbəsində gecə ərzində Ukraynanın 59 PUA-sını zərərsizləşdirdiyini açıqlayıb.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Sərhəddə qarşılıqlı zərbələr davam edir
- Ukrayna ordusundan Rusiyaya ağır zərbə | Döyüşlər daha da şiddətləndi - Baku TV
- Rusiya helikopteri vuruldu | Döyüşlər daha da şiddətləndi - Baku TV CANLI
- Moskva Kiyevə atəşkəs təklif etdi
- NATO üçün kritik sınaq: Rusiyanın növbəti hədəfi Polşa olacaq? - AKTUAL GÜNDƏM
