Pleyeri seçin:

İran yas içində: Xameneinin vida mərasimində kimlər iştirak edəcək? - Baku TV

03 iyul 2026 261 baxış

İran rəsmiləri ali lider Ayətullah Əli Xameneinin iyulun 3-dən 9-dək keçirilməsi planlaşdırılan vida mərasiminə hazırlıqları başa çatdırıb.

“Reuters”in məlumatına görə, mərasim zamanı gözlənilən izdiham səbəbindən təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə çatdırılıb. Eyni zamanda mərhum ali liderin tabutunun ilk görüntüləri də ictimaiyyətə təqdim olunub. Vida mərasimində iştirak etmək üçün 100-dən çox ölkədən nümayəndə heyətlərinin Tehrana gəlməsi gözlənilir. Pakistanın Baş naziri Şahbaz Şərif və daxili işlər naziri Möhsün Nəqvinin də mərasimdə iştirak edəcəyi gözlənilir.

Məlumata görə, Ermənistanın Baş naziri Nikol Paşinyan da İranın mərhum ali lideri Əli Xamenei ilə rəsmi vida mərasimində iştirak etmək üçün iyulun 3-də Tehrana yola düşüb. Milyonlarla insanın hərəkətini tənzimləmək üçün xüsusi şəhər dəhlizi yaradılıb. Dövlət qurumları mərasimdə 12–20 milyon nəfərin iştirak edə biləcəyini iddia edir. İştirakçıların qəbulu üçün bir milyondan artıq insanı eyni vaxtda yerləşdirə biləcək məkan hazırlanıb.

Mərasim ətrafında ən çox müzakirə olunan məsələ İslam Respublikasının yeni ali lideri Müctəba Xameneinin ictimaiyyət qarşısına çıxıb-çıxmayacağı idi. Baş verən müharibədən sonra heç bir ictimai tədbirdə görünməyən Müctəba Xameneinin dəfn mərasimində iştirak etməyəcəyi barədə rəsmi məlumat açıqlanıb.

İran hökumətinin planına əsasən, mərasim bir neçə gün davam edəcək. İlk mərhələ Tehrandakı İmam Xomeyni namaz zalında keçiriləcək. Burada insanlar iki gün ərzində Xameneinin tabutunu ziyarət edə biləcəklər. Sonra cənazə Tehran küçələrində gəzdiriləcək. Bundan sonra mərhumun nəşi Qum şəhərinə aparılacaq və mərasim burada davam edəcək. İran hakimiyyəti daha sonra cənazənin İraqa aparılacağını açıqlayıb.

Proqrama əsasən, Nəcəfdə və Kərbəlada dini mərasimlər keçiriləcək. Daha sonra cənazə yenidən İrana qaytarılacaq, Məşhəddə İmam Rza ziyarətgahında dəfn olunacaq. İran rəsmiləri bildirirlər ki, bu marşrut müxtəlif şiə dini mərkəzlərinin istəyi nəzərə alınmaqla müəyyənləşdirilib.

Tədbiri təxminən 800 xarici jurnalistin işıqlandıracağı açıqlanıb.

ABŞ və İran arasında növbəti gərginlik

ABŞ və İran arasında növbəti gərginlik

Dünya
19 sentyabr 2026 261 baxış
Fransada ailələrin maddi çətinlikləri artıb

Fransada ailələrin maddi çətinlikləri artıb

Dünya
19 sentyabr 2026 261 baxış
Boliviyada yeni pişik növü kəşf edildi

Boliviyada yeni pişik növü kəşf edildi

Dünya
19 sentyabr 2026 261 baxış
“Nüvə obyektlərinə zərbələr qəbuledilməzdir” | PUA-larla hücumun detalları

“Nüvə obyektlərinə zərbələr qəbuledilməzdir” | PUA-larla hücumun detalları

Dünya
19 sentyabr 2026 261 baxış
Yaşı 1 milyon ildən az olan ekzoplanet aşkarlanıb

Yaşı 1 milyon ildən az olan ekzoplanet aşkarlanıb

Dünya
19 sentyabr 2026 261 baxış
Nəhəng TV və nəşrlərin Ağ Evə girişi qadağan olundu

Nəhəng TV və nəşrlərin Ağ Evə girişi qadağan olundu

Dünya
19 sentyabr 2026 261 baxış
Tramp diqqətçəkən paylaşım edib

Tramp diqqətçəkən paylaşım edib

Dünya
19 sentyabr 2026 261 baxış
Ölən ABŞ hərbçilərinin sayı rəsmi rəqəmdən çoxdur?

Ölən ABŞ hərbçilərinin sayı rəsmi rəqəmdən çoxdur?

Dünya
19 sentyabr 2026 261 baxış
Samir Osman Şeyx məhbuslara işgəncə verməkdə günahkar bilinib

Samir Osman Şeyx məhbuslara işgəncə verməkdə günahkar bilinib

Dünya
19 sentyabr 2026 261 baxış
Kral III Çarlzın süni intellekt narahatlığı

Kral III Çarlzın süni intellekt narahatlığı

Dünya
19 sentyabr 2026 261 baxış
Seçilmişlər
icon