Müharibədən bezən qadının cəsarətli planı | Bombardmanın olduğu yerdən getdi ki...
Ukraynada qəribə hadisə baş verib.
Belə ki, 98 yaşlı qadın ölkəsində gedən müharibədən canını qurtarmaq üçün plan qurub. O, mərmilər altında 10 km piyada yol qət edib. Lakin çox keçmədən qadın hərbçilər tərəfindən saxlanılaraq polisə təhvil verilib.
O, verdiyi açıqlamada müharibə şəraitindəki Donetski tərk edərək rəsmi Kiyevin nəzarətində olan ərazilərə çatmaq üçün çalışdığını etiraf edib.
“Mən İkinci Dünya müharibəsindən sağ çıxdım və indi bu müharibədən də sağ çıxıram. Mənə oradan heç nə qalmadı. Bu müharibə əvvəlkinə bənzəmir. Evlər yanır, ağaclar kökündən qoparılır”, – deyə qadın açıqlamasında bildirib.
Ölkə polisi Lidiya Stepanivnanın yeməksiz və susuz hərəkət etdiyini və bir neçə dəfə yıxıldığını, lakin onun güclü xarakteri sayəsində ayaqda qaldığını bildirib.
Bu hadisəyə görə Ukraynanın Daxili İşlər Nazirliyi də məlumat yayıb. Qeyd olunub ki, 98 yaşlı Lidiya Stepanivna polis əməkdaşları tərəfindən sığınacağa aparılıb.