Pleyeri seçin:
İbrahim Rəisinin olduğu helikopterin qəza səbəbi açıqlandı
İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterlə bağlı qəza texniki nasazlıq səbəbindən baş verib.
Bu barədə ölkənin İRNA agentliyi məlumat yayıb.
Agentlik helikopterlə bağlı problemlərin mahiyyətini dəqiqləşdirməyib.
Qeyd edək ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Məhəmmədəli Əl-Haşim, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində dördü İranın yüksəkrütbəli dövlət rəsmisi olmaqla ümumilikdə 9 nəfər həlak olub.
Kopyalandı
![icon](/images/loading.png)