Dünya
Pleyeri seçin:
Rusiyalı general nədə ittiham olunur? | Detallar açıqlandı
Rusiya müdafiə nazirinin keçmiş müavini Dmitri Bulqakov saxlanılıb.
Bu barədə ölkənin Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, general korrupsiya işi ilə əlaqədar saxlanılıb və istintaq təcridxanasına yerləşdirilib. Qanunsuz fəaliyyətə şərait yaradan səbəb və şəraitin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Məlumat üçün bildirək ki, D.Bulqakov rus ordusunun maddi-texniki təminatına cavabdeh olub. 2022-ci ilin sentyabrında isə başqa işə keçməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilib.
Kopyalandı
Seçilmişlər