Dünya
Pleyeri seçin:
Peskov Rusiya-Ermənistan münasibətlərindən danışdı | Bu sənədə imza atmaq…
“ABŞ Cənubi Qafqazda qeyri-konstruktiv rol oynayır”.
Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov Ermənistan və ABŞ-nin yanvarın 14-də Vaşinqtonda imzalayacağı strateji tərəfdaşlıq haqqında müqaviləyə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, ABŞ həmişəki kimi ölkələri arxasınca sürükləməyə çalışır.
“ABŞ də daxil olmaqla bütün ölkələrlə münasibətləri inkişaf etdirmək Ermənistanın suveren hüququdur, amma buna baxmayaraq, Rusiya Ermənistanla münasibətlərini yüksək qiymətləndirir”, – deyə D.Peskov bildirib.
Qeyd edək ki, yanvarın 14-də Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Dövlət katibi Entoni Blinkenin Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq haqqında sənədə imza atacaqları gözlənilir.
Kopyalandı
Seçilmişlər