Dünya
Pleyeri seçin:

Moskvadakı partlayışa görə saxlanılan şəxs nələri etiraf etdi? - Dəhşətli faktlar

27 iyul 2024

Moskvanın şimalında avtomobilin partladılmasında şübhəli bilinən Rusiya vətəndaşı Yevgeni Serebryakov Türkiyənin Bodrum şəhərində ələ keçirilib.

Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Bildirilib ki, iyulun 26-da beynəlxalq axtarışda olan 29 yaşlı Yevgeni Nikolayeviç Serebryakov Türkiyənin xüsusi xidmət və hüquq-mühafizə orqanlarının köməyi ilə Bodrumda saxlanılıb və Rusiyaya qaytarılıb. Şübhəli sonrakı təhqiqatın aparılması üçün prokurorluq əməkdaşlarına təhvil verilib.

O, açıqlamasında əməli törətmək üçün Ukrayna Kəşfiyyat Xidmətindən təlimat aldığını deyib: “2023-cü ilin fevralında mən Ukrayna kəşfiyyat xidmətləri ilə əməkdaşlıq etmək məqsədi ilə onlarla əlaqə saxladım. Sonradan İlya adlı bir nəfərlə ünsiyyətdə oldum. Güman edirəm, o, Ukrayna Kəşfiyyat Xidmətinin əməkdaşı idi. Mən əldəqayırma partlayıcı qurğu yaratmaq üçün komponentləri götürdüm. İlyanın nəzarəti və təlimatları ilə partlayıcı qurğu yığıb maşının altına qoydum. Buna görə mənə 10-20 min dollar və Ukrayna vətəndaşlığı vəd edilmişdi”.

Məlumat üçün bildirək ki, iyulun 24-də səhər saatlarında Moskvada, Sinyavinskaya küçəsində avtomobil partladılıb. Nəticədə nəqliyyat vasitəsində olan 2 nəfər yaralanıb.

Bir milyon hektara yaxın ərazi yandı | Sakinlər üçün təcili hərəkətə keçildi

Bir milyon hektara yaxın ərazi yandı | Sakinlər üçün təcili hərəkətə keçildi

Dünya
27 iyul 2024
Sui-qəsd cəhdlərində qalmaqallı detal | Gürcüstanda inqilab bu cür planlaşdırılır?

Sui-qəsd cəhdlərində qalmaqallı detal | Gürcüstanda inqilab bu cür planlaşdırılır?

Dünya
27 iyul 2024
Rusiyalılar təcili buna əngəl olmalıdır! - Peskov xəbərdarlıq etdi

Rusiyalılar təcili buna əngəl olmalıdır! - Peskov xəbərdarlıq etdi

Dünya
27 iyul 2024
Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimindən görüntülər

Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimindən görüntülər

Dünya
27 iyul 2024
Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunu qəbul etdi

Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunu qəbul etdi

Dünya
27 iyul 2024
Erməni blogerin Moldovaya buraxılmamasının səbəbi nədir?

Erməni blogerin Moldovaya buraxılmamasının səbəbi nədir?

Dünya
27 iyul 2024
Türkiyə Ordusu İraq və Suriyada əməliyyat keçirdi | MN məlumat yaydı

Türkiyə Ordusu İraq və Suriyada əməliyyat keçirdi | MN məlumat yaydı

Dünya
26 iyul 2024
Pezeşkian andiçmə mərasiminə hazırlaşır | Vədlərimə uyğun olaraq...

Pezeşkian andiçmə mərasiminə hazırlaşır | Vədlərimə uyğun olaraq...

Dünya
26 iyul 2024
Savaş barədə hansı şərt qoyuldu? - Harrislə Netanyahunun gərgin müzakirəsi

Savaş barədə hansı şərt qoyuldu? - Harrislə Netanyahunun gərgin müzakirəsi

Dünya
26 iyul 2024
Hakan Fidandan Netanyahuya sərt sözlər | Cinayətkarların tərəfdarı kimi....

Hakan Fidandan Netanyahuya sərt sözlər | Cinayətkarların tərəfdarı kimi....

Dünya
26 iyul 2024
Seçilmişlər
icon