“Müharibəni qızışdırırlar” | Xameneidən sərt açıqlamalar
İranın ali dini lideri Ayətullah Seyid Əli Xamenei İran İslam Respublikasının Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi vasitəsilə bu yaxınlarda ABŞ Prezidentinə mesaj göndərməsi iddiasını “açıq-aşkar yalan” adlandırıb.
"Mehr" agentliyi xəbər verir ki, Xamenei cümə axşamı ölkədə, regionda və dünyada baş verən aktual problemlərlə bağlı çıxış edib. Onun çıxışı İranın milli televiziya və radiosu ilə yayımlanıb.
Ayətullah Xamenei İran xalqının iyunda 12 günlük müharibədə birliyini qoruyaraq ABŞ və İsraili məğlub etdiyini deyib: "İsrail və ABŞ 20 il ərzində təcavüzə hazırlaşıb və sonda məğlub olublar".
Ali dini rəhbər həmçinin bildirib ki, İran İslam Respublikası heç vaxt ABŞ-nin hazırkı hökumətinə hər hansı siyasətçidən mesaj göndərməyib:
"Bu cür bəyanatlar açıq-aşkar yalandır. ABŞ-nin hazırkı hökuməti münaqişəni qızışdırır və sionist rejimin cinayətlərində şərik olur. İslam hökuməti amerikalı siyasətçiləri danışıqlar aparmağa layiq hesab etmir".
#İran teqi istifadə olunub
- "Qərbin diplomatik vədləri Liviyada fəlakətə səbəb oldu" | Aişə Qəddafi
- ABŞ və İsrail Yaxın Şərqdəki strateji hədəflərində hələ də israrlıdır | Türkiyə portalı
- Pezeşkian hakimiyyətə dəstək mitinqində iştirak etdi - ANA XƏBƏR
- İranda iğtişaşlara qarşı kütləvi aksiya | Molla rejiminin tərəfini kimlər saxladı? - Baku TV CANLI
- ABŞ Prezidenti İrandakı iğtişaşlarla bağlı addımları müzakirə edir - Baku TV CANLI
