Pleyeri seçin:

Müharibənin başa çatması üçün... | Zelenski Rusiya və Ukraynanın ərazi mübadiləsindən danışdı

12 fevral 2025 141 baxış

Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin başa çatması üçün Rusiya ilə ərazi mübadiləsini istisna etməyib.

Bu barədə o, “The Guardian“a müsahibəsində danışıb.

Zelenski deyib ki, ABŞ Prezidenti Donald Tramp tərəfləri danışıqlar masasına gətirməyə nail olsa, ölkəsi Kurskun Ukrayna Ordusunun nəzarətindəki ərazilərinin mübadiləsini təklif edə bilər.

“Biz bir ərazini digəri ilə dəyişə bilərik. Hələ ki dəqiq bilmirəm. Bütün ərazilərimiz bizim üçün önəmlidir. Bunda hər hansı prioritet yoxdur”, – deyə Zelenski vurğulayıb.

O əlavə edib ki, Avropa Trampın Ukraynaya dəstəyi dayandırmasından yaranan boşluğu doldura bilməyəcək. “ABŞ-nin iştirakı olmadan verilən təhlükəsizlik zəmanəti gerçək deyil. Mən Avropanın ölkəmizin təhlükəsizliyinin əsas qarantı ola biləcəyi barədə fikirlər eşidirəm, lakin orada hər zaman buna “yox” cavabı verilir”, – deyə Ukrayna lideri söyləyib.

Zelenski eyni zamanda ABŞ-dən olan şirkətlərə ölkəsinin bərpası və investisiyalar üçün sərfəli müqavilələr təklif edəcəyini açıqlayıb.

Ukraynanın dövlət başçısı tərəfdaşların onlara nüvə silahı və raketlər verməli olduğuna diqqət çəkib.

“Bizi hər növ raketlərdən yalnız “Patriot” xilas edə bilər. Lakin hətta o belə təhlükəsizliyimizi yetərincə təmin edə bilməz. Ukraynaya kömək edənlər onu yerli iş adamları ilə birlikdə bərpa etmək imkanı qazanır. Bütün bu məsələlərin müzakirəsinə hazırıq. Nüvə silahımızı qaytarın, bizə raketlər verin və milyonlarla şəxsi heyətə malik ordumuza maliyyə məsələlərində dəstək olun. Xalqımızın sabitlik içərisində yaşaması üçün öz kontingentinizi ölkəmizin buna ən çox ehtiyacı olan ərazilərinə yerləşdirin”, – deyə Ukrayna lideri fikirini tamamlayıb.

Putin hərbi kəşfiyyat rəisini danışıqlara niyə göndərir? - Baku TV

Putin hərbi kəşfiyyat rəisini danışıqlara niyə göndərir? - Baku TV

Dünya
23 yanvar 2026 141 baxış
Canlı qüvvənin cəmləşdiyi əraziyə zərbələr endirildi

Canlı qüvvənin cəmləşdiyi əraziyə zərbələr endirildi

Dünya
23 yanvar 2026 141 baxış
Rza Pəhləvidən sensasiyalı mesaj | ABŞ İran xalqının istədiyini edəcək? - Baku TV

Rza Pəhləvidən sensasiyalı mesaj | ABŞ İran xalqının istədiyini edəcək? - Baku TV

Dünya
23 yanvar 2026 141 baxış
“Rəfah” sərhəd-keçid məntəqəsi açılır

“Rəfah” sərhəd-keçid məntəqəsi açılır

Dünya
23 yanvar 2026 141 baxış
Rusiya Ordusu pilotsuz uçuş aparatları ilə Donetsk vilayətinə hücum etdi - ANA XƏBƏR

Rusiya Ordusu pilotsuz uçuş aparatları ilə Donetsk vilayətinə hücum etdi - ANA XƏBƏR

Dünya
23 yanvar 2026 141 baxış
“Dünya bəsit təlxəklərdən bezib, cənab Zelenski” | Əraqçi

“Dünya bəsit təlxəklərdən bezib, cənab Zelenski” | Əraqçi

Dünya
23 yanvar 2026 141 baxış
ABŞ donanmasını irəli apardı | İranın ətrafında müharibə səhnəsi qurulur - Baku TV

ABŞ donanmasını irəli apardı | İranın ətrafında müharibə səhnəsi qurulur - Baku TV

Dünya
23 yanvar 2026 141 baxış
”TRIPP-ə qarşı “Səlib yürüşü”nə başlayıblar ki...” | Koncoryandan açıqlama

”TRIPP-ə qarşı “Səlib yürüşü”nə başlayıblar ki...” | Koncoryandan açıqlama

Dünya
23 yanvar 2026 141 baxış
Rusiya və Ukrayna orduları nə qədər itki verdi? - Baku TV CANLI

Rusiya və Ukrayna orduları nə qədər itki verdi? - Baku TV CANLI

Dünya
23 yanvar 2026 141 baxış
"Uşaq istəmirəm" deyən qadınların həbs olunduğu ölkə - ORALARDA NECƏDİR?

"Uşaq istəmirəm" deyən qadınların həbs olunduğu ölkə - ORALARDA NECƏDİR?

Dünya
23 yanvar 2026 141 baxış
Seçilmişlər
icon