Pleyeri seçin:

“Paşinyanı qorumaq üçün Ermənistana xüsusi qrup göndərilir” | Kaya Kallas

17 mart 2026 402 baxış

“Ermənistan hakimiyyəti iyunun 7-də keçiriləcək parlament seçkilərini xarici təsirlərdən qorumaq məqsədilə kömək üçün xarici aktorlara müraciət edib”.

Bunu erməni politoloq Suren Surenyants Avropa İttifaqının (Aİ) Ermənistana sürətli reaksiya qrupunun göndərilməsi ilə bağlı danışarkən deyib.

“Paradoks göz qabağındadır. Ermənistan hakimiyyəti seçki prosesini xarici təsirlərdən qorumaq məqsədilə kömək üçün başqa bir xarici aktora müraciət edir. Bununla Ermənistanın seçki mühitini formalaşdıran daha bir xarici qüvvə gətirilir və bu, digər ölkələrin potensial müdaxiləsinin qarşısını almaqla əsaslandırılır”, – deyə o bildirib. 

Surenyantsın sözlərinə görə, Baş nazir Nikol Paşinyan hakimiyyətin davamlılığını təmin etmək üçün bütün mümkün addımları atır. Onun fikrincə, hakimiyyət seçkilərin xarici legitimliyini indidən təmin etməyə çalışır:

“Əgər seçkilərin nəticələri mübahisələndirilərsə, hakimiyyət beynəlxalq iştirak, nəzarət və kənar müdaxilədən qorunmanı əsas gətirə biləcək”.

Politoloq iddia edir ki, seçki prosesinin “Avropalaşması” Ermənistan daxilində siyasi qütbləşməni dərinləşdirə bilər:

“Bu halda seçkilər geosiyasi rəqabət sahəsi kimi qəbul edilməyə başlayır. Əslində, artıq Ermənistanda artıq dərin qütbləşmə mövcuddur. Əgər Aİ qrupu Paşinyan tərəfdarı kimi qəbul edilsə, yardımın nə qədər texniki olmasından asılı olmayaraq ictimai inamsızlıq daha da dərinləşəcək.

Legitimlik yalnız ölkə daxilində mövcud institutlar tərəfindən idarə olunan azad, rəqabətli seçkilər vasitəsilə təmin edilə bilər. Bu baxımdan sual Aİ qrupunun hibrid təhdidlərlə mübarizəyə kömək edib-etməyəcəyində deyil. Daha vacib sual bu addımın Ermənistanda seçkilərin xarici təsirə məruz qaldığı yeni siyasi reallıq yaradıb-yaratmayacağıdır”.

Banner
İranın intensiv diplomatiyası regionda gərginliyi azalda biləcəkmi? - Baku TV CANLI

İranın intensiv diplomatiyası regionda gərginliyi azalda biləcəkmi? - Baku TV CANLI

Dünya
07 noyabr 2026 402 baxış
Dünyanın gözü növbəti 48 saatda: Genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər? - AKTUAL GÜNDƏM

Dünyanın gözü növbəti 48 saatda: Genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər? - AKTUAL GÜNDƏM

Dünya
07 noyabr 2026 402 baxış
Tehran hərbi sənaye sahəsindəki nəticələri beynəlxalq bazara çıxarmağa çalışır - Baku TV CANLI

Tehran hərbi sənaye sahəsindəki nəticələri beynəlxalq bazara çıxarmağa çalışır - Baku TV CANLI

Dünya
07 noyabr 2026 402 baxış
Abbas Əraqçi 48 saat ərzində 12 ölkədən olan həmkarı ilə telefon danışığı aparıb

Abbas Əraqçi 48 saat ərzində 12 ölkədən olan həmkarı ilə telefon danışığı aparıb

Dünya
07 noyabr 2026 402 baxış
ABŞ-dən Kanadaya qarşı iqtisadi zərbə | İrana görə bu şirkətlər sanksiya altında - Baku TV CANLI

ABŞ-dən Kanadaya qarşı iqtisadi zərbə | İrana görə bu şirkətlər sanksiya altında - Baku TV CANLI

Dünya
07 noyabr 2026 402 baxış
ABŞ Prezidenti fond bazarındakı kəskin ucuzlaşmanı aralıq seçkilərlə əlaqələndirib

ABŞ Prezidenti fond bazarındakı kəskin ucuzlaşmanı aralıq seçkilərlə əlaqələndirib

Dünya
07 noyabr 2026 402 baxış
İranın xarici işlər naziri 48 saatda 12 həmkarı ilə müzakirələr aparıb

İranın xarici işlər naziri 48 saatda 12 həmkarı ilə müzakirələr aparıb

Dünya
07 noyabr 2026 402 baxış
Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Dünya
07 noyabr 2026 402 baxış
Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Dünya
07 noyabr 2026 402 baxış
Vaşinqton və Tehran arasında buzlar əriyir?

Vaşinqton və Tehran arasında buzlar əriyir?

Dünya
07 noyabr 2026 402 baxış
Seçilmişlər
icon