Pleyeri seçin:

“Tramp marşrutu” Rusiyanın xeyrinə olacaq? – Qafqazı silkələyəcək gedişat

18 avqust 2025 641 baxış

“Zəngəzurdan keçəcək “Tramp marşrutu”nun Vaşiqntonla Moskva arasında razılaşdırılması istisna deyil”.

Bunu erməni politoloq Suren Surenyants Rusiya Baş nazirinin müavini Aleksey Overçukun Moskvanın “Tramp marşrutu” adlandırılan dəhlizin reallaşması ilə bağlı mövqeyini şərh edərkən deyib.

“Overçukun bəyanatı çoxlarını təəccübləndirdi. Onlar sərt imtina gözləyirdilər. Lakin belə bir ifadə səsləndirildi ki, Ermənistan üçün yaxşı olarsa, biz onu dəstəkləyəcəyik”, ‒ Surenyants qeyd edib.

O bildirib ki, belə bir mövqe bir sıra səbəblərlə izah oluna bilər:

1. Ukrayna müharibəsi şəraitində Moskva ABŞ-yə qarşı yeni cəbhə açmaqdan yayınır.

2. Kreml “Tramp marşrutu”nun reallaşdırılmasının real perspektivinə inanmır və sərt reaksiyanı məqsədəuyğun hesab etmir.

3. Bu məsələdə Vaşinqtonla müəyyən razılaşmaların olması istisna edilmir.

Bununla yanaşı, Surenyants risklərin olduğunu qeyd edib:

  • Qərbin Cənubi Qafqaza təsirinin gücləndirilməsi,
  • Ermənistanın tədricən Rusiya orbitindən çıxarılması,
  • Türkiyə və Azərbaycanın mövqelərinin gücləndirilməsi.

Erməni politoloq eyni zamanda hesab edir ki, layihənin reallaşmasından Moskva da faydalana bilər.

“Rusiya layihənin iqtisadi komponentlərinə cəlb oluna, danışıqlar rıçaqlarını saxlaya və özünü sülhməramlı kimi göstərə bilər”, ‒ o vurğulayıb.

Surenyantsın fikrincə, Moskva indiki mərhələdə belə bir taktika ilə heç nə itirmir:

“Layihə uğursuz olarsa, itki olmayacaq, reallaşarsa, işə cəlb olunmaq və ya heç olmasa, öz maraqları üçün istifadə etmək şansı olacaq”.

Banner
Bir Qələbə, milyonlarla qürur və unudulmayan qəhrəmanlıq - Baku TV CANLI

Bir Qələbə, milyonlarla qürur və unudulmayan qəhrəmanlıq - Baku TV CANLI

Siyasət
07 noyabr 2026 641 baxış
Prezidentin sosial şəbəkə hesablarında Qarabağa səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV

Prezidentin sosial şəbəkə hesablarında Qarabağa səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV

Siyasət
07 noyabr 2026 641 baxış
İrəvanın yeni təhlükəsizlik axtarışı

İrəvanın yeni təhlükəsizlik axtarışı

Siyasət
07 noyabr 2026 641 baxış
Azərbaycan, ABŞ və Ermənistan hökumətləri birgə bəyanat yaydı

Azərbaycan, ABŞ və Ermənistan hökumətləri birgə bəyanat yaydı

Siyasət
07 noyabr 2026 641 baxış
Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV

Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV

Siyasət
07 noyabr 2026 641 baxış
Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV

Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV

Siyasət
07 noyabr 2026 641 baxış
Haqqıxlı kəndinin adı dəyişdirildi, azərbaycanlı sakinləri isə doğma yurdlarından qovuldular

Haqqıxlı kəndinin adı dəyişdirildi, azərbaycanlı sakinləri isə doğma yurdlarından qovuldular

Siyasət
07 noyabr 2026 641 baxış
İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV

İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV

Siyasət
07 noyabr 2026 641 baxış
Azərbaycanla demoqrafik fərq Ermənistanı narahat edir - Baku TV

Azərbaycanla demoqrafik fərq Ermənistanı narahat edir - Baku TV

Siyasət
07 noyabr 2026 641 baxış
Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV

Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV

Siyasət
07 noyabr 2026 641 baxış
Seçilmişlər
icon