Gürcüstanda xarici qüvvələrin təxribatı | Paşinyanın əməlləri ifşa olundu
Yeniliklərdən dərhal xəbərdar olun
Xaosun davam etdiyi Tbilisidə “rəngli inqilab” ssenarisinin həyata keçirilməsi məqsədilə xarici ölkələrdən qrupların göndərildiyi haqda məlumatlar var.
Gürcüstan hökuməti Ukraynadan xüsusi “diversantların” göndərildiyini bəyan etmişdi. Lakin bu, müxalifət tərəfindən təkzib edildi.
Baltikyanı ölkələrdən “rəngli inqilab” üzrə hazırlanmış xüsusi qrupların Gürcüstana göndərildiyi xəbərləri yayılır. Hakimiyyətin devrilməsi məqsədilə Tbilisiyə qruplar göndərən ölkələr arasında Ermənistanın da adı çəkilir. Məlumata görə, iğtişaşlara dəstək vermək üçün ermənilərin göndərilməsi tapşırığını Ermənistanın Baş naziri Nikol Paşinyan verib.
Ermənistanda “Demokratik Alternativ” partiyasının sədri Suren Surenyants da bildirib ki, onda bununla bağlı məlumatlar var.
“Paşinyan Gürcüstanda hakimiyyətin dəyişməsini ürəkdən istəyir. Məndə olan məlumata görə, Gürcüstanda keçirilən etiraz aksiyalarında Ermənistandan göndərilən 400-500 nəfərlik qrup da iştirak edir”, – o bildirib.
#Gürcüstan teqi istifadə olunub
- Bir Qələbə, milyonlarla qürur və unudulmayan qəhrəmanlıq - Baku TV CANLI
- İki qardaşı eyni anda hədəf alan silahlı şəxslər kimdir? - 24 SAAT
- Ləmbəlidə qanlı hadisə | Qardaşlara kim hücum etdi? - Baku TV CANLI
- "2-ni də divara qısnayıb..." | Gürcüstanda azərbaycanlı qardaşlar öldürüldü - Baku TV
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
