Müharibənin belə olacağını gözləmirdik | Roqozindən ordu açıqlaması
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna ərazilərini ələ keçirmək üçün Rusiya Silahlı Qüvvələrində vacib dəyişikliklər edilməlidir.
Bunu “Roskosmos”un keçmiş rəhbəri Dmitri Roqozin deyib.
“Fikrimcə, şəxsi heyətin sayının artırılması tələb olunacaq. Düşmən üzərində say üstünlüyü lazımdır. Onların çoxlu adamları var, ümumi səfərbərlik var. Bizdə bu yoxdur”, – D.Roqozin bildirib.
Onun sözlərinə görə, hərbi-texniki məsələlər də mütləq həll edilməlidir: “Bu, tamamilə qeyri-adi, yeni müharibə növüdür. Bunun belə olacağını heç kim gözləmirdi. Ənənəvi silah sistemləri hərbi ekspertlərin ehtimal etdiyi kimi yüksək effektivlik göstərmədi. İndi cəbhədə vəziyyət elədir. Mən oradan bir neçə gün əvvəl qayıtmışam, orada hətta rotasiya da çətindir. Bir kəndə girirsən və özünü arı pətəyinə girmiş kimi hiss edirsən”.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- “Müharibənin davam etməsini istəyənlərin maraqlarına xidmət edir” | İtaliya Baş naziri
- Peskov Əbu-Dabidəki görüşlə bağlı detalları açıqlayıb
- Britaniya və Fransa qüvvələrinin mümkün hücumlara cavab verə biləcəyi bildirilir
- Rusiyanın dron arsenalı ilə bağlı narahatlıqlar müharibədən sonrakı dövrə də aiddir
- Almaniya Kansleri Rusiyaya atəşkəslə bağlı çağırış edib
